Quranda şerab
Qurani Kərimdə şərab Şərab və şərab içən quranda və hədislərdə İslamın təlim-tərbiyə sistemində, şəriət hökümlərində tərk edilməsi vacib buyurulan əsas məsələlərdən biri şərabdır. Şərab ərəb sözü olub, içki mənasını ifadə edir. Lakin bir termin kimi, şərab dedikdə məstedici içkilər nəzərdə tutulur. Biz ötən yazıda öncə şərabın insan həyatına vurduğu ziyanlardan söhbət açdıq. Bu sayımızda isə isə məsələni Quran və şəriət baxımından izah etməyə çalışacağıq. İslam dinində bəzi hökmlər tədricən bəyan olunmuşdur. Buna səbəb cəmiyyətin buna hazır olmamasıdır. Şərab içməyin qadağan olunması hökmü də bu qəbildəndir. İslamdan əvvəl, yəni cahiliyyət dövründə ərəblərin üç şeyə güclü meyli olmuşdur: Şer, şərab, döyüş. Şərab içmək onlar üçün fəxr və üstünlük hesab olunurdu. Bundan əlavə onların gəlirlərinin bir hissəsi şərab istehsalı və onun ticarəti ilə təmin olunurdu. Elə buna görə də, şərab Qurani-kərimdə dörd mərhələylə haram buyurulmuşdur. Bu barədə ilk ayə Məkkədə nazil olmuş Nəhl surəsinin 67-ci ayəsidir. Bu ayədə Allah taala şərabı “gözəl ruzi”nin qarşı tərəfi kimi göstərərək məzəmmət etmişdir. Ayədə deyilir: “Xurma və üzüm ağaclarının meyvələrindən məstedici şərab və gözəl ruzi çəkirsiniz”. Digər ayələr müsəlmanların Mədinəyə hicrətindən sonra nazil olmuşdur. Nisa surəsinin 43-cü ayəsində Allah-taala məst halda qılınan namazın məqbul sayılma-dığını bildirdi: “Ey müsəlmanlar! Nə dediklərinizi bilənə kimi, məst halda namaza yaxınlaşmayın!” Ayənin yalnız namaza aid olmasına baxmayaraq, onda bir növ məzəmmət və ikrah hissi də yatmışdır. “Nə dediklərinizi bilənə kimi” ifadəsindən məlum olur ki, məst və sərxoş insan dediklərini anlamır və danışdığı sözlərin fərqinə varmır. Bu isə, heç şübhəsiz ki, normal insan üçün böyük qəbahət və eyb sayılır. Şərabın pis və bəyənilməz iş olması barədə nazil olan üçuncü ayə Bəqərə surəsinin 219-cu ayəsidir. Bu ayə şərab və qumar barəsində Peyğəmbərə (s) verilən suallara cavab olaraq nazil olmuşdur: “Ya Peyğəmbər! Səndən şərab və qumar haqqında soruşurlar. De ki, onlarda böyük ziyan və insanlar üçün (maddi) mənfəət vardır. Lakin ziyanları mənfətlərindən daha artıqdır”. Göründüyü kimi Allah-taala bu ayədə şərabın şəriət baxımından eyib sayıldığını vurğulayıb, onun qəti surətdə haram olunmasına zəmin hazırlamışdir. Müsəlman-ların bəziləri heç zaman şərab içməmişdilər. Bəziləri isə bu ayələrdən sonra şərabdan çəkindilər. Amma, bəzi müsəl-manlar hələ də şərab içir və köhnə vərdişlərini davam etdirirdilər. Bəzən bu qruplar arasında mübahisələr yaranır, bəziləri şərabın haram, bəziləri isə halal olduğunu söyləyirdilər. Onlar Peyğəmbərin (s) yanına gəlib bu barədə daha açıq və aydın hökm istədilər. Bu zaman Maidə surəsinin 90-91-ci ayələri nazil oldu: “Ey müsəlmanlar! Həqiqətən şərab, qumar, bütlər və əzlam (Cahiliyyət dövründə geniş yayılmış bəxt oyunu) Şeytan əməli olan çirkin və murdar işlərdirlər. Öz səadət və qurtuluşunuz üçün onlardan çəkinin. Şeytan şərab və qumar vastəsilə sizin aranızda ədavət və düşmənçilik yaratmaq, sizi Allahın zikrindən çəkindirmək istəyir. (Bütün bu açıqlamardan sonra ) Siz (şərab və qumardan) çəkinməyəcəksinizmi?!” Bu ayə ilə şərab içmək qəti surətdə haram buyruldu, onun çirkin iş və şeytan əməli olduğu göstərildi. O zamandan etibarən qiyamətə qədər Allaha və Peyğəmbərə imanı olan bütün insanlara şərab içmək qadağan olunmuşdur. Diqqət yetirmək lazımdır ki, qeyd olunan ayələr bütün məstedici və spirtli içkilərin haram olmasını bildirir. Belə ki, onların az və ya çox, xalis və ya qarışıq olmaları, habelə insana təsir göstərib–göstərməmələri arasında heç bir fərq yoxdur.
Meqalenin adı : Quranda şerab
Elave edildi : 05.03.2014|13:56
Oxunub : 9430
Muellif :
ADMIN
Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz
Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2017, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası
©Tatli.Biz 2010-2019