Idman Xeberleri

"Düzgün qərarlar versəydi, hesab 3:1 olardı" - Stankoviç

[13.03.2018]
"Düzgün qərarlar versəydi, hesab 3:1 olardı" -<b style="color:red"> Stankoviç</b>

"Qalib gələ bilərdik. Təəssüf ki, belə alındı. Bir xalla kifayətlənməli olduq".

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin müdafiəçisi Voislav Stankoviç Topaz Premyer Liqanın 20-ci turunda “Keşlə” ilə heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan serbiyalı futbolçu ikinci hissənin ortalarında cərimə meydançasında rəqib komandanın üzvü Taşkın İltərə qarşı olan mübahisəli epizoda da şərh verib:

“Həmin vaxt topa azca toxundum, amma uzaqlaşdıra bilmədim. Bunun da nəticəsində ayağım rəqibin ayağına dəydi və o, yıxıldı”.

Öz qapısına vurduğu qolla komandasını qələbədən edən Stankoviç karyerasında ilk dəfə avtoqol etdiyini bildirib: “İlk dəfədir ki, öz qapımıza qol vururam. Ümumiyyətlə, son oyunlarda müdafiədə səhvlər edirik. Səbəbini bilmirəm. Amma futbolda belə şeylər olur”.

Təcrübəli futbolçu görüşün baş hakimi Ömər Paşayevin idarəçiliyindən də söz açıb: “Bəlkə də mən dəqiq görməmişəm, amma komanda yoldaşlarımın dediyinə görə, uzatma dəqiqələrində Ruslanın vurduğu qolda oyundan kənar vəziyyət yox idi. Bundan başqa, bir epizodda baş hakim lehimizə təmiz penalti təyin etmədi. Düzgün qərarlar versəydi, hesab 3:1 olardı”.



Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Bedava mp3 indir, Mobil mp3 indir, Cep mp3 indir, Mp3 dinle yükle, Şarkı indir, Albüm indir, Cepten müzik indir, Wap mp3 indir, Yeni mp3 indir, Müzik dinle, En yeni mp3ler, video indir, video yukle, mp3 yukle, mp3 axtar, video downloader, video search, video down, mp3 search, songs, yuklemeler

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018