NÜSRƏT KƏSƏMƏNLI

NÜSRƏT KƏSƏMƏNLI


Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) – şair,
publisist, 1977-ci ildən Azərbaycan Yazıçılaır Birliyinin
üzvü, respublika Lenin komsomolu mükafatı laureatı
(1982).
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə
daxil olmuşdur (1966). Universitetin II kursunda ikən
«Bakı» və «Baku» qəzetlərində müxbir, ədəbi işçi
vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə
keçirilmişdir (1969-cu ildə). Universiteti bitirdikdən
sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi
məsləhətçi olmuşdur (1978-1985).
60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır.
150-dək şerinə musiqi bəstələnmişdir. «Boş kəndlərin
harayı», «Mövzu üzrə improvizasiya», «Ənbizlərin
keşiyində», «Sovet Azərbaycanına səyahət» və s. sənədli
filmlərin, «Afroditanın qolları», «Qarabağ əhvalatı» bədii
filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların
VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar
İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984),
mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi
rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix
və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü,
Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə
heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir.
C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında baş
redaktor işləmişdir (1985-ci ildən). «Dünyaya pəncərə»
sənədli televiziya verilişinin ssenari müəllifı və aparıcısı
olmuşdur (1985-ci ildən).
Cəmi 2813 nəfər oxuyub
Bəyənən (787) | Bəyənməyən (523)
Dostlarınla Paylaş

Saytda 40 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023