20 dəqiqədə qıvrım saçlar

20 dəqiqədə qıvrım saçlar


Qıvrım saçları olan xanımlar çox zaman onları yuduqdan sonra necə düzəldəcəkləri haqqında uzun-uzadı düşünürlər.Hər yuyulmadan sonra saçları fenləmək zərərli olduğu üçün başqa metodlarla saç düzümü yaratmağa ehtiyac görülür.Mənim də saçlarım doğuluşdan qıvrım olduğu üçün internetdə bir qədər araşdırma apardım və belə bir saç düzümü edilməsi metoduna rast gəldim. Bu saç düzümünə cəmi 20 dəqiqə vaxt sərf olunur,nəticəsini də aşağıdakı izahda görəcəksiniz Deməli,bu proses çox sadədir və ev şəraitində tez başa gələn gözəl bir saç düzümü alınır. Saçları adi şampunla yuduqdan sonra qıvrım saçlar üçün balzamdan istifadə edilir. Yuyulduqdan sonra saçlar tam qurumamış,nəm halda olmalıdır. Yuyulmadan sonra saçlara sürülən balzam budur. Həmin balzam saçlara həm parıltı verir,həm də buruq olan saçları bir qədər də burur. Bu balzamdan əldə edə bilməyənlər qıvrım saçlar üçün başqa balzamlardan istifadə edə bilərlər. Saçların hələ ki,yuyulduqdan sonra yarı quru halı. Daha sonra saçları diblərindən 20 sm olmaqla saç ütüsü ilə düzləşdirin. Və nəticə belə alınır. Sonra ise saç burma feni ile saçları özünüzdən xaricə doğru burmaya başlayırsınız. Fotolara görə burulma istiqaməti aydın göstərilib. Nəticədə bu cür parlaq böyük buruqlar düzəlir.Fotodakı xanımın 7 böyük buruq saçı alınıb.Üçü sağ tərəfdə,üçü sol tərəfdə,biri isə arxa tərəfdə. Son addımlarda böyük buruqları əlinizlə saçlarınızın digər kiçik buruqlarına qarışdırırsınız. Saçı ağırlaşdırmayan laklardan istifadə etmək lazımdır. Son nəticə olaraq belə bir görünüş alınır. Bax belə. Hər zaman gözəl görünün,əziz xanımlarımız!
Cəmi 799 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023