Bir qadının taleyi... | Hekayələr
Geniş Kitabxana
Bir qadının taleyi...
Orta məktəbi bitirib min bir arzuyla, ümidlə sənədlərimi
ali məktəbə verdim. Arzum nənəm kimi filoloq olmaq idi.
Yuksək bal toplamağıma baxmayaraq ixtisas seçimində
kodlaşdırmanı düzgün aparmadigimdan arzuma çata
bilmədim. Bir gün qonşumuz Gülxar xala tanimadiğim iki
qadınla bizə gəldilər. Elə bildim anama paltar tikdirməyə
gəliblər.Onlar gedəndən sonra bildim ki, mənə Bakida
yaşayan qohumları üçün elçi düşüblər. Rayon yerində 17
yaşlı bir qız üçün Bakida yaşayan, ali –təhsilli, ailənin
bir oğlu, ayrıca evi, işi olan bir oğlan tərəfindən elçinin
düşməsi böyük şans idi....Valideynlərimin arzusu və
iradəsinə zidd getmək bizim ailədə qəbulolunmaz bir şey
idi.
Oxumaq arzumu bildirsəm də " oğlangil səni
oxutduracaqlar”- deyib məni eşitmək istəmədilər. Üç
ayın içində təm-təraqlı nişan və toy oldu. Toy günü məni
rayondan bir başa Bakının məşhur şadlıq saraylarından
birinə gətirdilər. Ömründə belə haylı-küylü, dəbdəbəli
yerdə olmayan bir qız üçün baş verənlər sanki bir yuxu
idi. Arabir güzgüdə par-par yanan üz-gözümə, boyun
boğazıma, əllərimə baxdıqca dəhşətə gəlirdim... Yəni bu
mən idim?Toyun sonunda saraydan çıxıb maşına
oturanda Fuad kəsinliklə əlində bəxt güzgümü tutan
bibimi geri qaytardı. Bibim güzgünü mənə verib geri
döndü. Gəlin maşını tərpənədə sarayın qapısında
dayanan nənəmin qışqırtisini eşitdim.... "- Bəxt
güzgüsünü onun əlinə niyə verdin, Sona?...”Bu gündən
evimiz, yuvamız olacaq iki otaqlı mənzilimizə gəldik. Hər
şey yerində idi. Valideynlərim dörd qardaşın bir bacısı
olan mənim heç nəyimi kəsir etməmişdilər.
İçimdə qəribə bir həyəcanla yataq otagına girəndə
Fuadın amiranə səsindən diksindim...- Soyun! Sanki
başima qaynar su ələndi. Qulaqlarım uğuldadı. Boğazım
qurudu, nitqim tutuldu. Və mən ilk toy gecəmdə
sındırıldım, zorlandım... O məndən 11 yaş böyük idi. Elə
ilk gündən anladım ki, məni sevmir. Valideynlərinin
arzusu ilə ailə qurmaq xatirinə evlənib mənlə. Onu
tanıdıqca özümə acıyır, həyatıma nifrət etməyə
başlıyırdım.Tez-tez evə qəribə əhval-ruhiyyə ilə gəlirdi.
Belə olanda ondan çəkinir, bəzən də qorxurdum...
Hamilə idim. Amma ana olacagımın sevincini ürək
dolusu yaşaya bilmirdim.
Tez-tez ən xırda bir şey üstündə məni təhqir edir,
"kəntoşsan, sən belə şeyləri qanmazsan”- deyə mənə
istehza ilə gülürdü. Yusifimin dünyaya gəlişi ilə daha
qara günlərim başlandı. İşdən gələn kimi "küçüyünün
səsi gəlməsin”-deyə otağın qapısını bağlayıb saatlarla ya
telefonla danişir, ya da komputerdə nə isə yazırdı. Bəzən
iradımı ona bildirəndə mənə əl qaldırmaqdan belə
çəkinmirdi. Hədə-qorxu gəlirdi, "kiməsə nəsə desən
özündən küs” deyirdi. Bir dəfə Yusifin qəfildən hərarəti
qalxdı. Tez qaynanama zəng elədim. Gələn kimi təcili
yardım çağırdı və biz körpəni xəstəxanaya aparası
olduq. Bir həftə xəstəxanada qaldıq. Bir dəfə də olsun nə
zəng elədi, nə də bizi görməyə gəldi. Xəstəxanadan çıxıb
evə gələn günün axşamı isə yenə də qəribə əhval –
ruhiyyə ilə evə gəldi. Məni ondan icazəsiz uşağı
xəstəxanaya apardığım üçün vəhşicəsinə döydü. Bir ay
üz- gözümdəki göyərmiş qançırlara görə çölə bayıra çıxa
bilmədim. Valideynlərimi də bizə gəlməyə qoymurdu.
Nurayım anadan olanda qaynatam infarkt keçirib
dünyasını dəyişdi.
Və mən əsil həqiqəti onda bildim ki, Fuad narkotikaya
meyllidir. Neçə illərdir ki, özundən böyük bir qadınla
qeyri –qanuni yaşayır. Atasının ölümü də heç nəyi
dəyişmədi. Mən uşaqlarla qaynanamın yanına köçdük.
Müəllimə işləyən qaynanamın himayəsində yaşamağa
başladım. Qərarımı verməkçin çox da düşünmədim.
Fikrimi çətin günlərimin sirdaşı, analar anası qaynanama
bildirdim.
" - Oxumaq istəyirəm, Ana....” " – Həmişə yanındayam "
– dedi. Üç ay qucagimda körpəm gecəmi –gündüzümə
qatıb hazırlaşdım. Lazım olan kitabları qaynanam tapıb
gətirirdi. Zəhmətim öz bəhrəsini verdi. Kompyuter
kollecinin qiyabi şöbəsinə daxil oldum. Mərhum
qaynatamın yaxın bir dostunun köməkliyi ilə Neft
şirkətində işə də düzəldim. Fuadın bütün olanlardan
xəbəri belə yox idi. Aylarla doğulub böyüdüyü evin
qapısını doyməyən bir nankorun nədən xəbəri olacaqdı
ki... Bir gün işdən gələndə onu evdə görəndə halım
dəyişdi. Gözləri qıpqırmızı idi. Üzündə vəhşi bir
təbəssüm var idi.
- Hmm... Nə tez küçələrə düşmüsən q..........çün? –
sualını eşidəndə elə bil başima qaynar su tökdülər. Min
bir təhqirlər eşitmişdim ondan bu da növbətisi idi.
Susmadim.
- Sənin kimisinin minnətini götürməkdisə mən bunu
istəmədim. İşləyirəm, zəhmətimlə də balalarımı
saxlayacam....
Sözüm ağzımda qaldı. Yumruqla ağzıma necə vurdusa
başım divara dəydi, yerə yıxıldım. Sonra təpiklə
böyrümdən vurmaga başladı. Yerdə qan içində qıvrılıb
açılırdım. Səsim çıxmırdı. Amma qaynanamin uşaqların
qışqırtısın eşidirdim. Birdən oğlumun çığırtısı qulağıma
daha bərk gəldi. Gözümü açanda dəhşətə gəldim. Uşağı
belindən tutub balkondan atacağı ilə anasını hədələyirdi.
- Sənsən buna dil verən, bu kəntoşu qudurdan.
Elə bil allah mənə güc verdi. Yerdən durub stolun
ustundəki vazı alıb arxadan başına vurdum. Gözləmədiyi
zərbədən yerə yıxılıb huşunu itirdi. Telefonu götürüb
polisə zəng etmək istəyəndə qaynanam keçdi önümə.
- Onu mənə bağışla,qızım –dedi.- Ana, onu nə vaxta
qədər bağışlayacaqsan, ömrünə balta çala- çala gedir
axı... –dedim. Ağladı. Onun göz yaşlarına qıymadım. O
da bir Ana idi. Soyuducudan buz götürüb ağlaya –
ağlaya oğlunun başına qoyan bu Anaya yazığım
gəldi...Gecəykən özümün, uşaqların paltarlarını götürüb
əmimgilə getdim. Və səhərisi günü 5 yaşlı Yusifimin
danişanda tutuldugunu görəndə dünya gözümdə
qaraldı... Bunu ona heç vaxt bağışlamayacaqdım.Bir
ayın içində Nənəm rayondakı evini satıb Bakının
qəsəbələrindən birində bir otaqlı ev aldı. Və bizi də
yanına köçürdü. Boşanmaqçın ərizə verdim. Həkimdən
onun narkotikə asılılığını təsdiq edən arayişı da onun
mənə yetirdiyi xəsarətləri təsdiqləyən arayışı da
məhkəməyə təqdim etdim. İki ay çəkmədi ki boşandıq.
Bu hekayəni yazmaqda məqsədim özümə haqq
qazandırmaq olmasa da demək istəyirəm ki, hər bir qız,
hər bir qadın haqqını müdafiə etməyi bacarmalıdır.
Baxmayaraq ki, valideynlərim mənim bu hərəkətimi
dəstəkləmədilər. Keçirdiyim agır bir cərrahi əməliyyat
olmasaydı, onlar hələ də məni qəbul etməyəcəkdilər. Nə
isə.... Həyat bu... Həyatın daha bir sınağı bu.
Cemi 852 nefer oxuyub
Beyenen (305) | Beyenmeyen (90)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, Xoruz 2017-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018