Sellülit masajı

Sellülit masajı


Yay mövsümü xanımlara dənizi, hovuzu, günəşi və
təəssüf ki, həm də sellüliti xatırladır. Qış aylarında
sellülitlə mübarizə etmək ağlınıza gəlməmiş ola bilər.
Yayda çimərlik geyimi və şort geyməyə başlayan zaman
acı gerçək qarşınıza çıxacaq. Amma sellülit
əlamətlərinin yay aylarını sizə zəhər etməsinə icazə
verməyin.
Sellülitinizi aradan qaldırmaq üçün bir çox variant var.
Amma, şübhəsiz, hər kəsin büdcəsi bu müalicələrin
dəyərini ödəməyə kifayət etməyə bilər. Bundan başqa,
işləyən xanımlara bu müalicələrə zaman ayırmaq da
çətin ola bilər. Müəyyən seansla başladığınız müalicə
zamanı müəyyən işlər ortaya çıxa bilər. Uzun müddət
davam edən müalicələri icra etmək təbii ki, asan deyil.
Amma istəyiniz varsa, hər şəraitdə özünüzə daha yaxşı
baxa bilərsiniz. Bu gün sizə təbii yağlarla özünüzə necə
sellülit masajı edə biləcəyinizi izah edəcəyəm.
Həm anti-sellülit kremlərinin, həm də efir yağlarının
toxumalara təsiri masajla qat-qat artır. Aşağıda təsvir
etdiyim bütün hərəkətləri əvvəl bir, sonra digər
ayağınıza tətbiq edin.
* Yatağınızın üzərində və ya yerdə təmiz bir örtüyün
üzərində oturun. Əvvəl ayaqlarınızı yüngülcə özünüzə
doğru çəkin. Sonra əllərinizi bir ayağınızın iki tərəfini
tutacaq şəkildə yerləşdirin. Budlara qədər bütün
ayağınızı enerjili bir şəkildə ovmağa başlayın. Ayaqdan
başlayaraq baldırlarınızdan yuxarı doğru diz qapağının
ən üstünə qədər ovmağa davam edin. Qan dövranını
canlandıran bu hərəkəti 10-15 dəfə təkrar edin.
* Daha sonra ritmik hərəkətlərlə budlarınızdakı ətinizi
sıxıb buraxın. Bu hərəkətlər budları möhkəmləndirir və
dərinizin hamarlaşmasına kömək edir
* Sonra sağ və sol əllərinizlə ardıcıl şəkildə
[1] 2 3 >>
Cəmi 2440 nəfər oxuyub
Bəyənən (640) | Bəyənməyən (421)
Dostlarınla Paylaş

Saytda 41 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023