Sənsizəm... | Qəmli Notlar
Geniş Kitabxana
Sənsizəm...
Bu gün yenə də sənsizəm, yenə də çarəsiz.
Sənsiz xəyalımda sənli günlərimi xatırlayıram.
Yəni gəncliyimin ən gözəl günlərini.
O, zaman mən bütün arzularımı sənin varlığınla
qurmuşam.
Aradan bu qədər vaxt keçməsinə baxmayaraq sənsizliyə
alışa, bununla barışa bilmirəm.
Səni azda olsa unutmağı bacarmıram.
Halbuki bunu çox istəyirəm.
Sən mənim həyatımın mənası olmusan.
Zaman keçdikcə buna daha da əmin oluram.
Sən bəzən dodağımda bir təbəssüm, bəzən ürəyimdə bir
atəş,
bəzən də gözlərimdən axan yaş olmusan.
Amma sən həmişə kiçik qəlbimdə böyük yer tutmusan.
Səni bu gün də bu dəqiqədə görsəm heç çəkinmədən
bunları deyərdim, qarşılıqlı olmasa belə.
Məni sevəsən deyə deyil, sadəcə biləsən deyə.
Səni qəlbimdən tamamilə silmək istəyirəm, amma ürəyim
məndən daha vəfalıdır sənə.
Məhz sənin sayəndə sevməyin nə olduğunu bildim.
Sevginin şirinliyini daddım sonu ayrılıq olsada.
Sənə nifrət də edə bilmirəm axı mənə qarşı özünə
nifrət etdirəcək qədər mənfi hərəkət etməmisən.
Bəlkə də elə bunun üçün səni çox sevmişəm, mənim
olmasan da.
Yox! Sən mənimsən, amma qəlbimdə.
Ancaq sən demə önəmli olan sevgi uğrunda ölmək deyil,
uğrunda ölə biləcək sevgiliyə sahib olmaqdır.
Önəmli olan həyatda ən çox şeyə sahib olmaq deyil, ən
az şeyə ehtiyac duymaqdır
Cemi 830 nefer oxuyub
Beyen(312) | Beyenme(95)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018