Ölümə 25 gün qalmış

Ölümə 25 gün qalmış


Ömrünün sonuna 25 gün qalıb dedi həkimlər.Onsuz da
bu xəbəri çoxdan gözləyirdi.Daim yalnız qalmağı
sevər,yalnız qaldğı axşamlar ulduzlara baxmağı
sevərdi.Son günlər isə demək olar ki,heç gülmürdü
də.Ailəsi,dostları əlindən gələni edirdi.Amma yenə də
xeyri yox idi.
Bir gün yenə ulduzları seyr etmək üçün axşam üstü
evdən çıxdı.Parka gedən yolda bir qızla toqquşdu.Ayağa
qalxdılar.Göz-gözə gəldilər...
Artıq hər gün görüşürdülər.Sanki bir-birləri üçün
yaradılmışdılar.
Ömrünün son dəqiqələrinə 3 gün qalmışdı artıq.O isə
hələ də açıqlamamışdı sevdiyinə öləcəyini.Əlinə kağız
qələm aldı və sevgilisinə bir məktub yazdı və anasından
xahiş etdi ki,bu məktubu sevdiyinə o öləndən sonra
versin....Son 3 günü də o sevgilisinə heç nə demədi.Son
3 gün daha təlaşlı idi onunçün.
Bir səhər gözləri açılmadı.Ürəyi də dəqiqələr,saniyələr
keçdikcə daha da zəif döyünürdü.Son dəfə güclə
gözlərini açdı.Hava çiskinli,dumanlı idi.Yağış
yağırdı.Ulduzlar da yox idi...Birdən bağlandı o
gözlər...Dayandı o qəlb...Bir tufan qopdu sanki o
dəqiqə.Sevdikləri göz yaşıyla yola saldılar onu son
mənzilə...Artıq o yox idi...
Sevgilisi nəhayət ona yazılan məktubu aldı.Məktubda
yazılmışdı:
"Sevgilim,
Məni qınama...Gedəcəyimi bilirdim.Amma unutdurdun
sanki bunu mənə.Sən xoşbəxt elədin məni ömrümün son
günlərində.Çox sağ ol həyatım...Sənə bu kədəri
yaşatmaq istəməzdim,inan.
Sən bu sözlərimi oxuyanda artıq mən bu dünyada
olmayacağam.Amma bunu bil ki,mən səni çox
sevdim.Üzdə gülüb,içimdə daim ağladım.Bunun necə
ağır və çətin olduğunu bir mən bildim,bir də uca Allahım.
Səndən son bir istəyim var.Məni bir şirin xatirə kimi
xatırla.Məni unutma...Daim yaşat məni qəlbində.Və
unutma ki,
MƏN SƏNİ HƏMİŞƏ
[1] 2 >>
Cəmi 2316 nəfər oxuyub
Bəyənən (554) | Bəyənməyən (378)
Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024