Ölümə 25 gün qalmış | Hekayələr
Geniş Kitabxana
Ölümə 25 gün qalmış
Ömrünün sonuna 25 gün qalıb dedi həkimlər.Onsuz da
bu xəbəri çoxdan gözləyirdi.Daim yalnız qalmağı
sevər,yalnız qaldğı axşamlar ulduzlara baxmağı
sevərdi.Son günlər isə demək olar ki,heç gülmürdü
də.Ailəsi,dostları əlindən gələni edirdi.Amma yenə də
xeyri yox idi.
Bir gün yenə ulduzları seyr etmək üçün axşam üstü
evdən çıxdı.Parka gedən yolda bir qızla toqquşdu.Ayağa
qalxdılar.Göz-gözə gəldilər...
Artıq hər gün görüşürdülər.Sanki bir-birləri üçün
yaradılmışdılar.
Ömrünün son dəqiqələrinə 3 gün qalmışdı artıq.O isə
hələ də açıqlamamışdı sevdiyinə öləcəyini.Əlinə kağız
qələm aldı və sevgilisinə bir məktub yazdı və anasından
xahiş etdi ki,bu məktubu sevdiyinə o öləndən sonra
versin....Son 3 günü də o sevgilisinə heç nə demədi.Son
3 gün daha təlaşlı idi onunçün.
Bir səhər gözləri açılmadı.Ürəyi də dəqiqələr,saniyələr
keçdikcə daha da zəif döyünürdü.Son dəfə güclə
gözlərini açdı.Hava çiskinli,dumanlı idi.Yağış
yağırdı.Ulduzlar da yox idi...Birdən bağlandı o
gözlər...Dayandı o qəlb...Bir tufan qopdu sanki o
dəqiqə.Sevdikləri göz yaşıyla yola saldılar onu son
mənzilə...Artıq o yox idi...
Sevgilisi nəhayət ona yazılan məktubu aldı.Məktubda
yazılmışdı:
"Sevgilim,
Məni qınama...Gedəcəyimi bilirdim.Amma unutdurdun
sanki bunu mənə.Sən xoşbəxt elədin məni ömrümün son
günlərində.Çox sağ ol həyatım...Sənə bu kədəri
yaşatmaq istəməzdim,inan.
Sən bu sözlərimi oxuyanda artıq mən bu dünyada
olmayacağam.Amma bunu bil ki,mən səni çox
sevdim.Üzdə gülüb,içimdə daim ağladım.Bunun necə
ağır və çətin olduğunu bir mən bildim,bir də uca Allahım.
Səndən son bir istəyim var.Məni bir şirin xatirə kimi
xatırla.Məni unutma...Daim yaşat məni qəlbində.Və
unutma ki,
MƏN SƏNİ HƏMİŞƏ SEVMİŞƏM...
ƏLVİDA...”
Qiz məktubu göz yaşları içərisində oxudu.Kaş bu
məktubun sonu gəlməyəydi.Yoxluğu artıq onu daha da
çox sıxırdı...Səhəri gün ilk işi qəbiristanlığa getmək
oldu.Sevgilisinin məzarı üzərinə uzandı və hıçqıraraq
dedi:
-Səni heç vaxt unutmayacağam,indi mənimlə olmasan
belə...
Sabahı ümidli olan bir sevgi beləcə əbədiyyətə
qovuşdu...Allah heç kimin sevdiyini ondan
ayırmasın....AMİN!!!
Cemi 887 nefer oxuyub
Beyenen (280) | Beyenmeyen (112)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018