Hamısını yaz...

Hamısını yaz...


Nə yazacağını bilmədən qoyarsan qabağına qələm və
kağızını. Bu dəfə də hislərini yazacaqsan! Nə
düşünürsənsə eləcə onları. Son görüşdə əslində başını
dik tutaraq ayrılıqla razılaşmaq əvəzinə ürəyində
ayrılmaq istəmədiyin üçün ağladığını yazarsan.Göz
yaşlarını gizlədərsən kipriklərin arxasında,əslində onları
durduran olmasaydı dayanmazdılar bəlkə də… Susmaq
əvəzinə danışmaq istədiyini yazarsan,Onu Sevdiyini
demək,Həyatında çox şeyi Ona görə Onun üçün gözə
aldığını yazarsan… 2illik münasibəti beləcə bitirmək
istəmədiyinideyərsən… Axı heç birini deyə bilməmişdin…
Onu əvəz edəcək heç kimi axtarmaq istəmədiyini, Onun
dünyan olduğunu deyərsən…
Beləcə Nöqtələri düzərsən cümlələrin sonuna…
Tanışlığınızda inanmadığınız sevginin başınıza gəldiyi
üçün xoşbəxt olduğunu deməyə cürətin
çatmaz.Hirsini,qəzəbini boğa bilmərsən.Onunla yaşadığın
günlər üçün darıxacağını demək istədiyin halda, sənin
üçün daha mövcud olmayacağını deyib kəsərsən
sözlərini… Bəlkə də peşman olduğunu belə deyərsən ona
son görüşdə… Gəl ki, ürəyində nələr demək istədiysən
heç birini demərsən. Gizlədərsən özündə. Onunla bağlı
şirin xatirələrin altından fikirlərini yazarsan beynində…
Onu sevdiyini, hələ də unuda bilmədiyini yazarsan. Hər
gördüyündə əzab çəkdiyini də yaz,Onun xoşbəxt
olduğunu gördükcə içindən dəfələrlə öldüyünü də yaz.
Şəklinə baxdığında hələ də əllərinin üşüdüyünü, ürəyinin
tez tez döyündüyünü də yaz. Ətirini hiss elədiyini,hələ də
qoxusu üçün darıxdığını da… Hamısını yaz. Denən
fikirləşdiklərini. Tök hamısını vərəqin üzərinə göz
yaşlarına qarışmış mürəkkəblə…
Məktubunu bitirdinsə əgər, apar digərlərinin
[1] 2 >>
Cəmi 2040 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023