Payız nağılı

Payız nağılı


Bəzən mənə elə gəlir ki, həyat bir yellənçəkdir!
Çünki gah qalxırsan,göyləri,genişlikləri,azadlığı
duyursan,gah da enirsən...
Bəlkə də eyni anda həm ürəyini bulandırır,həm də sənin
bütün ruhunu ələ alır,cəlb edir...ona görə?
İlk saralan yarpaqları görürük,amma güman etmirdik ki
bu payızdır.
Yağış damlaları pəncərəni döyür,küçələrdən hamını
daldalanacaq bir yerlərə qaçmağa məcbur edir,biz yenə
inanmırıq ki,bu payızdır.
Bax artıq göylər də tutulub-amma bu da payız deyil.
Payız qəlbimizə gəlməyincə biz onu hiss etmirik.
Payız bir başqa aləmdir.Biz onu daxilimizdə hiss edirik.
Payız çoxdan gəlsə də,o səbrlidir,o gözləyəcək,onda artıq
heç nə olmur.
O həmişə öz qəlbində hər birimizə yer ayıracaq.
Biz inanana kimi.Biz qəbul edənə kimi.
Mən payızı sevirəm,çünki onda itirəm,əriyib ona
qarışıram.
O fırçası ilə möcüzəli şəkillər yaradır,qızılı kolgələr də
əlavə edərək.
O xeyirxah qocaya bənzəyir,səni köksünə sıxacaq və
istisini verəcək.
O sakitləşdirəcək,təsəlli verəcək,nağıllar danışacaq-
xeyirxah və işıqlı nağıllar.
Payız sizə nağıllar aləminin qapısını acacaq...
məhz payız nağıllarının,ən düzgün,ən mülayim.
Payız günəşi kimi mehriban.Bəlkə gülümsəyəsiniz?
Axı günəş artıq elə də isitmir.
Bəlkə təbəssümünüz kimisə isitdi?
Bax,sən də payız kimi xəbərsiz gəldin ömrümə...
Necə xəbərsiz,axı belə olmur deyərsən?
Yağış yağır,nədənsə səni xatırlayıram,əslində isə bizim
birgə yağışımız heç olmadı ki?
Biz uşaq kimi yağış damlaları altında heç qaçmadıq
ki...amma əvəzində bizim yağış kimi dolub daşan,gah
leysana çevrilən,gah dolu kimi vuran sevgimiz oldu...
Bu da bir payız nağılı Xoşbəxtliklə,həsrətlə,sevgi ilə dolu
bir payız nağılı.
Sizin heç belə nağılınız
Cəmi 2095 nəfər oxuyub
Bəyənən (608) | Bəyənməyən (313)
Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023