Bir payiz gecəsi...

Bir payiz gecəsi...


Bir payız küçəsi ilə addımlayıram. Saralmış palıd və
söyüd yarpaqları ətrafımda uçuşur. Yarpaqlar torpağa
düşür və həyatlarını başa vururlar. İndi sən mənə
ağacdan düşmüş xəzan qədər uzaqsan. Həyat küləkləri
səni yarpaqlar kimi hara apardı heç bilmirəm. Yarı ilıq,
yarı soyuq payız havasını udduqca ətrini aldım payızdan.
Artıq bir payızdır ki, uzaqsan məndən. Bəlkə də bundan
sonra hər payız sənli günlərimdən ürəyimdə yaranmış bir
otağın qapısını açacağam. O otaqda gəzişib sənlə, sənin
nəfəsinlə dolu anlarımı xatırlayacağam. Heç gedəndə
fikirləşdinmi ki məni kimin və ya nəyin ümidinə
buraxırsan? Olmazdımı ki məni də özünlə aparasan???
Səninlə ölməyə də hazır idim. İndi isə sənsiz günlərim
yarpaq tək uçur, indi mən sənsiz ölürəm. Söz vermişdin
ki həmişə birgə olacayıq, amma ölüm nə idi ki, ölüm aldı
səni məndən..
Nə olar sözünün üstündə dur, məni də al öz yanına.
Cənnətdə olsa sənsiz bu dünyanı istəmirəm. Artıq dəli
kimiyəm. Gördüyüm hər insanın simasında sənin simanı,
eşitdiyim hər səsdə sənin gülüşünü axtarıram. Bəlkə də
bunların hamısı bu və ya başqa dərəcədə sənin
gülüşünü, səsini xatırladır. Amma gördüyüm heç bir
gözdə GÖZLƏRİNİ tapmadım. Sənin gözlərin ancaq
mənim idi, onlar ancaq mənə baxırdılar. İndi isə bu
dünyada ancaq mənə məxsus olan gözlər yoxdur. İndi
sən haralardasan, necəsən?? İndi o gözlərin necədir??
Qurban olum onları mənim üçün saxla. Artıq bu dünyada
dura bilmirəm. Yanına gələcəyəm. Gələcəyəm ki sözlərin
sübuta yetsin, gələcəyəm ki, görəsən sənsiz olan hər
günüm mənə necə baha başa gəlib. Artıq saçlarım da
ağarıb... Yoxluğuna alışmadım, sevmədim heç kimsəni...
Məni dünyanın xoşbəxtinə çevirən başqa gözlərə
[1] 2 >>
Cəmi 2062 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023