Bir payiz gecəsi... | Qəmli Notlar
Geniş Kitabxana
Bir payiz gecəsi...
Bir payız küçəsi ilə addımlayıram. Saralmış palıd və
söyüd yarpaqları ətrafımda uçuşur. Yarpaqlar torpağa
düşür və həyatlarını başa vururlar. İndi sən mənə
ağacdan düşmüş xəzan qədər uzaqsan. Həyat küləkləri
səni yarpaqlar kimi hara apardı heç bilmirəm. Yarı ilıq,
yarı soyuq payız havasını udduqca ətrini aldım payızdan.
Artıq bir payızdır ki, uzaqsan məndən. Bəlkə də bundan
sonra hər payız sənli günlərimdən ürəyimdə yaranmış bir
otağın qapısını açacağam. O otaqda gəzişib sənlə, sənin
nəfəsinlə dolu anlarımı xatırlayacağam. Heç gedəndə
fikirləşdinmi ki məni kimin və ya nəyin ümidinə
buraxırsan? Olmazdımı ki məni də özünlə aparasan???
Səninlə ölməyə də hazır idim. İndi isə sənsiz günlərim
yarpaq tək uçur, indi mən sənsiz ölürəm. Söz vermişdin
ki həmişə birgə olacayıq, amma ölüm nə idi ki, ölüm aldı
səni məndən..
Nə olar sözünün üstündə dur, məni də al öz yanına.
Cənnətdə olsa sənsiz bu dünyanı istəmirəm. Artıq dəli
kimiyəm. Gördüyüm hər insanın simasında sənin simanı,
eşitdiyim hər səsdə sənin gülüşünü axtarıram. Bəlkə də
bunların hamısı bu və ya başqa dərəcədə sənin
gülüşünü, səsini xatırladır. Amma gördüyüm heç bir
gözdə GÖZLƏRİNİ tapmadım. Sənin gözlərin ancaq
mənim idi, onlar ancaq mənə baxırdılar. İndi isə bu
dünyada ancaq mənə məxsus olan gözlər yoxdur. İndi
sən haralardasan, necəsən?? İndi o gözlərin necədir??
Qurban olum onları mənim üçün saxla. Artıq bu dünyada
dura bilmirəm. Yanına gələcəyəm. Gələcəyəm ki sözlərin
sübuta yetsin, gələcəyəm ki, görəsən sənsiz olan hər
günüm mənə necə baha başa gəlib. Artıq saçlarım da
ağarıb... Yoxluğuna alışmadım, sevmədim heç kimsəni...
Məni dünyanın xoşbəxtinə çevirən başqa gözlərə rast
gəlmədim. Heç kimsə yerini almadı. Nə isə fikirləşmək
çox gecdir. Bəsdir daha, yanına gələcəyəm. Yadında
həmişə gecikərdim görüşə?! Bu görüşə də gecikdiyimi
hiss edirəm. Gözlə məni, sən daha heç hara getmə!
Gözlə məni... Çox yaxınlarda düşündüyündən də tez
yanına gələcəyəm. Yenədə gözlərini görmək, səsini
eşitmək və ən başlıcası bu dünyada birlikdə ola bilmədik
o dünyada sonuna qədər bir yerdə olmamız üçün
gələcəm GÖZLƏ MƏNİ...
Cemi 759 nefer oxuyub
Beyenen (290) | Beyenmeyen (79)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Xidmətlər, Wap FTP, , Wap+Web Skaner, Domen Yoxla, Qrab Yarat, Kodlaşdırma, Rəng Kodları, Saytın şəklini cek, Telefon modelini dəyiş, Smayl duzəlt, Icon duzəlt, Button duzəlt, Unvanı qısalt, Sistem Yuklemeleri, Naviqasiyalar - Xerite, MultiMedia Yuklemeleri, Derslikler, Maraqlı Yuklemeler, Tehlukesizlik, Movzular - Tema, Alış-Veriş

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018