Payız Yadigarım | Qəmli Notlar
Geniş Kitabxana
Payız Yadigarım
Payız fəslin xüsusi sevərdim. Yadımdadır gözəl payız
günlərindən biri idi. Parkda skamyada əyləşmişdim,
ağacların sarı yarpaqları yerə tökülmüşdü və tökülməyə
davam edirdi, hər yanı gözəl qızıl yarpaqlar əhatə edirdi,
yağışsa, narın-narın yağmağa başladı. O andan uzaqda
dərin fikirlər içində bir gənc gəlirdi. Yanımdan ötərkən
sakit keçdi, ancaq elə bir təəssürat yaratdı ki, məndə
sanki o başın çevirib baxmaq istədi, amma ötüb
keçəndən sonra geriyə döndü. Sadəcə baxdı, saniyəlik
baxışlarda sanki nələrsə, demək istəyirdi, ancaq susdu
və özün çevirib yoluna davam edərək parkdan çıxdı
getdi. O getdisə, mən onun o üzündəki gözəl simanı
unuda bilmədim, saatlarla oturdum orda, gələcək deyə
gözlədim, amma gəlmədi. Getdiyi tərəfə doğru getdim,
bəlkə gələr deyə, qarşılaşarıq deyə. Evə doğru asta
addımlarla ağlımda gözəl fikirlərlə xəyallarla gedirdim,
dostlarla danışmaq istəmirdim, həyatımdan hər kəsi
uzaqlaşdırmışdım.
Qaranlıq.. Gecə... Göydəki gözəl ay ilk dəfə idi ki, o
qədər gözəl parlayırdı, ulduzları sanki öz işığı ilə
yandırırdı, çox gözəl bir təsvir yaranmışdı səmada. Baxıb
sadəcə insan valeh olurdu. Mənsə, pəncərəmdə oturub
dərin fikirlərə getmişdim. Görəsən onunla nə vaxtsa, bir
daha qarşılaşa biləcəm mi? Ancaq yenə də düşünürdüm
ki, qarşılaşsam belə yenə də cəsarətsizcəsinə yaxınlaşa
bilməyəcəm, hər dəfə belə olduqca mən daxildə məhv
olacam. Daha o parka getməməyi qərara aldım. Hər gün
eyniliklər həyatımı çox sıxmağa başladı. Pəncərəmdə
oturub çöldəki payızın günlərin seyr edirdim, sevgililər
keçirdi bir-birinə sığınaraq, mehribancasına...
Mən yenə də onu tanımasam belə onun haqqında
düşünməyə, onlu xəyallarda yaşamağa davam edirdim
və bu olanlardan çox uzun müddət keçmişdi. Artıq
növbəti payız fəsli gəlməyə başlayırdı, payızın gəlişi ilə
təbiət gözəlləşməyə başlayırdı... Bilmirəm niyə, necə
oldusa, yolum o parkdan keçirdi sadəcə olaraq... Və
əyləşdiyim o skamya məni cəlb elədi, üzərində olan yazı
ilə... “Mən səni gözlədim gəlmədin, növbəti payızda o
gündə yenə gözləyəcəm səni”
Bu sözlər məni silkələtdi. Sanki ürəyim diyanmadı bir
neçə saniyəlik, gücsüz olub dizlərim üstə yıxıldım. Bütün
gecəni orda qaldım, çünki sabahsı gün onu gördüyüm
gündən bir il keçirdi. Yenidən parka daxil olacağın
gözləyirdim, ancaq bu dəfə hər bir şeyin fərqli olacağın
düşünərək. Külək o qədər güclü idi ki, yarpaqları parkın
girişindən çıxışına kimi aparırdı. Günün bitməyinə az
qalmışdı, ümidlərim puç olmaq üzrə idi ki, parka bir
insan girdi, qaranlıq olduğu üçün o olub-olmadığın
bilmirdim. Ancaq tamam başqa bir insan mənə bir yazı
verdi, payızın ilk günündə skamyada tək əyləşib diqqəti
çəkən, məsum baxışlarla baxan, gözləri ulduz kimi
parlayan bir qıza bu məktumu çatdırın dedilər, bunun siz
olduğunuzu zənn edirəm dedi, aldım məktubu, sağol dedi
və getdi. Artıq bir sual verməyimə izn belə vermədi.
Əllərim, ürəyim əsirdi. İçində nəilə qarşılaşacağımdan
xəbərsiz idim. Açdım və o qədər həyəcanlı idim ki, sözləri
hecalayaraq oxumağa başladım.
“Salam, Mələyim. Bu məktubun kimdən sənə gəldiyin
gözəl bilirsən. Məni daxilən tanıyırsan, bir neçə saniyəlik
baxışda hər bir şeyi gördüyünə əminəm, bunu mən sənin
o baxışlarından anlamışdım. Daxil olduğumda uzaqdan
gördüyüm o gözlərin, sanki kimisə axtarırdı. O gözlər
məncə axtardığın tapmışdılar həmin an. O baxışlarını heç
vaxt unutmadım. Getdim, geriyə qayıtmadan getdim,
ancaq ürəyimi arxada qoyub getdim. Həmin gündən
sonrakı hər bir günü orda keçirdim, yanımda səni
təsəvvür edərək. Sənli xəyallarımla bir. Hər an yanımda
əyləşmisən sanırdım, başını çiynimə qoymusan, əllərim
əllərində, payızın gözəlliklərin seyr edirik. Bəzən üstümə
əsən küləklər mənə elə gəlirdi ki, dodaqlarıma sənin
dodaqların toxunur. Səni o andan izlədim, sənin ardınca
çox gəldim, heç bir zaman yaxınlaşmadım, düşünmə ki,
cəsarətsiz olduğum üçün bu addımı atmadım. Sadəcə
səni daxilimdə yaşatdım, səni üzə bilməzdim, çünki bir
gün bu ağır xəstəliyin mənim həyatıma son qoyacağın
bilirəm. Sənə toxunmadım, sənə sevirəm demədim,
amma həyatım boyu ilk dəfə sevdim, sevdim, ancaq
daxilimdə yaşatdım o sevgini. Hazırda ilk qarşılaşdığımız
yerdəsən, ətrafında gözəl mənzərə var, bil ki, sən orda
tək deyilsən, mən də yanındayam. Bu an qulağına
pıçıldayıram “Səni Sevirəm” deyərək. Əbədiyyən sənin
yanında olacam, payız yadıgarım olan sevgilim!...”
Oxudum, sevinc vardı daxilimdə, mən onu yaşatdığım
kimi o da məni yaşadıb daxilində. Mən onun ilki
olduğum kimi o da mənim ilkim olubdur... Yerdən bir
daş götürərək skamyaya yaxınlaşdım və sanki o da
əlimdən tutmuşdu, bərabər cızaraq yazırdıq skamyaya
“Səni Sevirəm”
Bu olub keçənlərdən neçə illər ötüb keçibdir, ancaq mən
hər payız fəsli gələndə qarşılaşdığımız parka gedirəm,
ancaq bu dəfə gözlərim heç kəsi axtarmır, çünki yanımda
artıq O var.
Hər bir kəsin necə sevgi yaşamasına baxmayaraq, yəni
qarşılıqlı və ya qarşılıqsız o sevgilərin qorumaqların
arzulayıram. Sevginin qədrin, dəyərin bilməklərin
arzulayıram. Heç bir zaman adiləşdirməyin daxilinizdəki
o sevgini. Əsl sevgini yaşamağı bacarın, daxilinizdə
sevgi həyəcanı keçirin. Sevdiyinin sadəcə əlindən
tutarkən ondan sanki güc alırsan, sanki onunla bərabər
tamamlanırsan. Səni Sevirəm sözün bir dəfə deyin, gözəl
şəkildə öz hisslərinizi etiraf edin. Hər an qarşınızdakına
xatırladaraq o sözü adi etməyin.
Cemi 892 nefer oxuyub
Beyen(424) | Beyenme(58)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Duşuncə dərsi, Eşq və məhəbbət, Xəyanət, Testlər, Qadın psixologiyası, Kişi psixologiyası, Gəlin-qaynana, Cinsi munasibətlər, Psixoloji məsləhətlər, Gozel xanim, Saclara qulluq, Kosmetologiya, Makiyaj, Manikur və pedikur, Gozəllik xəbərləri, Ulduzların gozəllik sirləri, uzə qulluq, Bədənə qulluq, Estetik gozəllik, Moda, Moda luğəti, Moda xəbərləri, Stil dərsləri, ikonlar, Toy dəbi, cimərlik dəbi, Qırmızı xalca, Aksesuarlar, Ayaqqabı, Geyim, Gozəllik məhsulları, Alış-veriş, Dəbli bloq sahibələri

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018