2020də ən çox izlənən filmlər

2020də ən çox izlənən filmlər


dəstə imkanlı liberal bir neçə "miskin" sağçını oğurlayıb əyləncə üçün güllələyir. Ssenari çox ziddiyyətli olduğundan ötən il ABŞ-da baş vermiş iki kütləvi atışmadan sonra onun ekranlara buraxılması təxirə salınıb. ABŞ prezidenti Donald Trump-sa onu Twitter-də tənqid edib. Ancaq film, nəhayət, bu yaz kinoteatrların bağlanmasından əvvəl ekrana çıxıb. BBC-nin tənqidçiləri bu filmi "ağıllı satira" adlandırıblar.

Bacurau
Bu Braziliya filmi ilin ən qəribə və maraqlı filmlərindən biridir. Filmdə hadisələr Braziliyanın Bakurau adlı ucqar və yoxsul kəndində cərəyan edir. Bir korrupsiyalaşmış məmur bir-birinə sıx bağlı olan bu icmanı, o cümlədən onun çox vaxt sərxoş olan həkimini (Sônia Braga) sıxışdırır. İcma Bakaraunun qəfildən kağız və onlayn xəritələrdən silinməsinin səbəbini anlamağa çalışır. Kəndə möhtəkirlər doluşur və bundan sonra film qanlı vesternə çevrilir. Filmin Braziliyadakı hazırkı siyasi vəziyyəti əks etdirməsi onu daha da maraqlı edir. Rejissorlar Kleber Mendonça Filho və Juliano Dornelles-in bu filmi ötən il Kann festivalında Münsiflərin mükafatına layiq görülüb.

The Assistant
Kitty Green-in çəkdiyi bu dram filmində hadisələr bir harın film maqnatının Nyu-Yorkda yerləşən ofislərində cərəyan edir. Weinstein-varı baş icraçı direktor (CEO) filmin baş mənfi qəhrəmanı olsa da, ümumən film korporativ dünyadakı seksizm, işçilərə yuxarıdan aşağı baxma, itaət haqqındadır. Filmin sonuna qədər tamaşaçı gərginlik içində köməkçinin müdirə etiraz edəcəyini gözləyir.

Buna da bax: Bir daha kinoteatrlara gedə biləcəyikmi
Emma
Rejissor Autumn de Wilde Jane Austen-in bu əsərinin yeni ekran adaptasiyasında janrla bağlı hər hansı yenilik etməyib. Ancaq tənqidçilər aktyor oyununu bəyəniblər.

The Vast of Night
Fantastika janrında çəkilmiş bu
<< 1 [2] 3 >>
Cəmi 714 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024