Sevərkən dost qalmaq | Qəmli Notlar
Geniş Kitabxana
Sevərkən dost qalmaq
Dost qalaq nə olar? dedi gözlərimin içinə baxaraq.. Səs
çıxara bilmədim, çünki boğazıma düyünlənilmişdi
sözlərim.. Oturduğumuz bankdan qalxıb sahilə doğru
irəlilədi..baxa qaldım arxasından.. Və onu nə qədər çox
sevdiyimi düşündüm.. Amma o mənə dost qalmamız
lazım olduğunu söyləyirdi... Düşündüm sonra, dost qala
bilərəmmi deyə? "Xeyr, dost filan ola bilmərik!" desəm
bir daha görə bilməyəcəkdim, "yaxşı dost qalaq" desəm
bundan sonra yenə görmə şansım vardı... Dənizi izlədi
bir az, gün batırdı, günəşin qırmızılığı o qədər gözəl idi
ki.. Amma yenə də içimi işıqlandıra bilmirdi.. Sonra
döndü yanıma.. - çox yaxşısan və mən səni itirmək
istəmirəm! dedi o içimi parçalayacaq qədər gözəl
səsiylə.. mən də onu itirmək istəmirdim, dost qalmağı
qəbul edəcəkdim məcbur olaraq.. nə olursa olsun onu
görə bilmək bahasına içimə basdıracaqdım eşqimi... İki
dost olaraq ayrıldıq dəniz kənarından.. Sonra bir neçə
dəfə axtardı məni.. hər telefon çalışında ürəyim yerindən
atılacaq kimi olurdu.. Əvvəllər mən telefonu açıb alo
deyişimdə qarşıdan "Sevgilim" deyə bir səs eşidərdim..
amma artıq sıravi, qupquru bir "alo" eşidirdim yalnız..
Çünki artıq dost idik.. Havadan sudan danışırdıq, mənə
dostlarından danışırdı.. Həmişə danışmanın arasında
"sevgilim" demək istəyirdim amma deyə bilmirdim..
Ondan gözləyirdim həmişə o sözü, amma sonra sevgili
deyil, dost olduğumuzu xatırlayırdım... İnsanın ürəyi
ağrıyarmı heç?! Bəli, mənim o anda ürəyim ağrıyırdı..
mücərrəd deyil, konkret, fiziki bir acı idi.. Belə danışdıq
bir neçə dəfə.. Sonra bir gün bir cafede görüşdük söhbət
etmək üçün.. hər zamanki kimi yenə o axtarmışdı,
dərdləşmək istəyirdi.. dərdliymiş bir az.. - Necəsən?
dedim.. - Yaxşı sayılar, başım qarışıqdı bir az.. dedi. -
Niyə? baxdı üzümə.. - aşiq oluram yəqin, dedi... O anda
özümü dünyanın ən xoşbəxt insanı görürdüm.. Bəli,
mənə yenidən aşiq olurdu.. " yaxşı ki qəbul etmişəm
dost qalmağı" deyə keçirdim ağılımdan.. İşə yaramışdı,
yenidən sevmişdi məni.. Uşaqlar kimi sevincliydim,
yerimdə dayana bilmirdim.. Fərqində olmadan bir
gülümsəmə yayılmışdı üzümə... - Xeyrdir, çox sevindin
yəqin, dedi gülümsəyərək.. - təbii ki sevindim.. sənin
xoşbəxtliyin eyni zamanda mənim xoşbəxtliyim..dedim..
təbii fərqinə vardırmamam lazım idi anladığımı, sanki
başqasına aşiq olduğunu anladım kimi
davranmalıydım... - Hə, kimdir bu şanslı insan? başını
önünə əyməsinə bir məna verə bilməmişdim.. gözlərini
məndən saxlayırdı sanki.. sonra qaldırdı başını, boş
gözlərlə baxdı mənə... - Əslində sənə bunu izah
etməməm lazımdı amma məni səndən başqa dinləyən,
anlayan dostum yoxdur! Sənə içimi tökmək istədim,
dedi.. bu dostluq söhbəti yaxşıca canımı sıxmağa
başlamışdı artıq, amma səbr etməliydim yenə də.. -
dinləyirəm... - Bizim iş yerində Murad adlı oğlan var,
Ondan çox xoşlanıram.. Nə edəcəyimi də bilmirəm, mənə
kömək et.. Gözlərim qaralmağa başladı.. Yenidən o ürək
ağrısıni hiss etdim sinəmdə.. İzah edilə bilməyəcək bir
ağrı idi bu.. Başmı çölə çevirdim.. Oturduğumuz cafeden
sahil görünürdü.. Sahildəki bankda aşiqlər otururdu, bir-
birlərinə sarılmış eləcə dayanırdılar.. Sonra iki damla yaş
damladı gözlərimdən.. Üzüm atəş kimi yanırdı,
kürəyimdən soyuq tərlər axırdı.. Gözlərimdən yaşlar
süzülərkən baxdım son dəfə sevdiyimin gözəl üzünə.. O
isə mənə boş gözlərlə baxırdı.. Yavaşca qalxıb sahilə
endim.. və ağladım...
Cemi 833 nefer oxuyub
Beyen(277) | Beyenme(93)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Bedava mp3 indir, Mobil mp3 indir, Cep mp3 indir, Mp3 dinle yükle, Şarkı indir, Albüm indir, Cepten müzik indir, Wap mp3 indir, Yeni mp3 indir, Müzik dinle, En yeni mp3ler, video indir, video yukle, mp3 yukle, mp3 axtar, video downloader, video search, video down, mp3 search, songs, yuklemeler

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018