Sevərkən dost qalmaq

Sevərkən dost qalmaq


Dost qalaq nə olar? dedi gözlərimin içinə baxaraq.. Səs
çıxara bilmədim, çünki boğazıma düyünlənilmişdi
sözlərim.. Oturduğumuz bankdan qalxıb sahilə doğru
irəlilədi..baxa qaldım arxasından.. Və onu nə qədər çox
sevdiyimi düşündüm.. Amma o mənə dost qalmamız
lazım olduğunu söyləyirdi... Düşündüm sonra, dost qala
bilərəmmi deyə? "Xeyr, dost filan ola bilmərik!" desəm
bir daha görə bilməyəcəkdim, "yaxşı dost qalaq" desəm
bundan sonra yenə görmə şansım vardı... Dənizi izlədi
bir az, gün batırdı, günəşin qırmızılığı o qədər gözəl idi
ki.. Amma yenə də içimi işıqlandıra bilmirdi.. Sonra
döndü yanıma.. - çox yaxşısan və mən səni itirmək
istəmirəm! dedi o içimi parçalayacaq qədər gözəl
səsiylə.. mən də onu itirmək istəmirdim, dost qalmağı
qəbul edəcəkdim məcbur olaraq.. nə olursa olsun onu
görə bilmək bahasına içimə basdıracaqdım eşqimi... İki
dost olaraq ayrıldıq dəniz kənarından.. Sonra bir neçə
dəfə axtardı məni.. hər telefon çalışında ürəyim yerindən
atılacaq kimi olurdu.. Əvvəllər mən telefonu açıb alo
deyişimdə qarşıdan "Sevgilim" deyə bir səs eşidərdim..
amma artıq sıravi, qupquru bir "alo" eşidirdim yalnız..
Çünki artıq dost idik.. Havadan sudan danışırdıq, mənə
dostlarından danışırdı.. Həmişə danışmanın arasında
"sevgilim" demək istəyirdim amma deyə bilmirdim..
Ondan gözləyirdim həmişə o sözü, amma sonra sevgili
deyil, dost olduğumuzu xatırlayırdım... İnsanın ürəyi
ağrıyarmı heç?! Bəli, mənim o anda ürəyim ağrıyırdı..
mücərrəd deyil, konkret, fiziki bir acı idi.. Belə danışdıq
bir neçə dəfə.. Sonra bir gün bir cafede görüşdük söhbət
etmək üçün.. hər zamanki kimi yenə o axtarmışdı,
dərdləşmək istəyirdi.. dərdliymiş bir az.. - Necəsən?
dedim.. - Yaxşı sayılar, başım
[1] 2 >>
Cəmi 2114 nəfər oxuyub
Bəyənən (552) | Bəyənməyən (341)
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023