Sevgi ölüme baxmır

Sevgi ölüme baxmır


İki maşın toqquşacaq. Sonra adam öləcək. Onlardan biri
də Aytən olacaq. Bu sözləri bir qoca kişi Elnura deyirdi.
Elnur bunu eşidəcək dərhal dəliyə döndü. Bir-birinin
ardınca suallar soruşmağa başladı: -Mən onu rəfiqəsigilə
qoymayım getsin? -Gedər maşın vurar onu? -Onun
yanında olum onu qoruyum heçnə olmaz,e lə deyilmi?
Ancaq qoca dedi: -Elnur, yazılanı pozmaq olmur....Əgər
Aytənin sağ qalmağını istəyirsənsə öz görmə
qabiliyyətini, eşitmə qabiliyyətini və danışıq qabiliyyətini
itirməlisən. Düzdür sən görməyəcəksən,
eŞitməyəcəksən,danışa bilməyəcəksən ancaq sənə Aytən
baxacaq, Aytən sağ olacaq, sənin yanında olacaq.
Dediklərimi qəbul eləmək istəsən gələn həftənin 1-ci
günü bu vaxtda həmin bu parka gəl...... Qoca kişi
bunları dedi və gözdən itdi. Elnur öz evinə getdi. Çox
fikirləşdi.Qərara aldı ki, parka getməsin. Elnur gedirdi
Aytənlə görüşməyə, ancaq Aytəni gözü qabağında maşın
vurdu. Aytən dünyasını dəyişdi. Neçə günlər keçdi. Aytən
ölməzdən əvvəl bir məktub yazmışdı. O məktub bu gün
ona çatmışdı. Elnur məktubu oxumağa başladı.
Məktubda yazılmışdı: -Əzizim Elnur! Bu mənəm
Aytən...Səni çox sevirəm. Bəlkə də sən bu məktubu
oxuyanda mən həyatda olmayacam. Biz görüşdüyümüz
parkda sən gedəndən sonra bir qoca kişi mənə
yaxınlaşdı və dedi: -Elnur öləcək..Əgər onun ölməsini
istəmirsənsə özün ölməlisən. Mən qəbul elədim. Mən indi
həyatda yoxam, amma bilirəm ki, sən həyatdasan...
Cəmi 2332 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 163 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024