Bəzi anlar var ki... | Qəmli Notlar
Geniş Kitabxana
Bəzi anlar var ki...
Üzərində ən yaxşı geyimi olduğu halda qonaq otağına
sürətlə girdi. O gecə bir yığıncağı vardı və hazırlanmağa
çalışırdı. Hazırlıqlarını sürətlə davam etdirərkən gözü
dörd yaşındakı qızına ilişdi. Qızı, radiodakı musiqinin
ritminə uyğunlaşan rəqs edirdi. Gecikdiyi üçün tələsik
edirdi. Lakin içindən gələn bir səsə uyğun gələrək qızını
seyr etməyə başladı. Sonra ona yoldaşlıq etməyə
başladı. Qızının əlindən tutub onunla birlikdə rəqs edirdi.
Yeddi yaşındakı qızının qrupa qatılmasıyla böyük bir
coşğu başladı. Üçü birdən yemək otağında dəli kimi rəqs
etdilər. Radiodakı mahnı bir anda bitdi; təbii rəqs də...
İkisinin də yanaqlarından kiçik bir öpüş alıb onları
hamama göndərdi. Kiçik qızlar nərdivanları təngnəfəs
çıxdılar. Anaları səslərini eşidə bilirdi. Əyilib iş çantasına
dəftərləri yerləşdirərkən, kiçik qızın bacısına, "Ən yaxşı
ana bizim anamız, deyilmi?"-dediyini eşitdi. Qadın birdən
dondu qaldı... Özünü həyatın qaçdı-qovdusuna qapdırıb,
o gözəl anı qaçırmaq üzrə olduğu üçün günahlandırdı.
Ofisinin divarlarını bəzəyən mükafatları, diplomları gəldi
ağlına. Əldə etdiyi heç bir müvəffəqiyyət, heç bir mükafat
bunun yerini tuta bilməzdi: "Ən yaxşı ana bizim anamız,
deyilmi?" Bəzi anlar var ki, həyatda o anlar
yaşanmalıdır, əsla təxirə salınmamalıdır...
Cemi 952 nefer oxuyub
Beyenen (291) | Beyenmeyen (128)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018