Men seni axtaracağam...

Men seni axtaracağam...


Sənin məhəbbətinlə yaşayacağam.Sənin məhəbbətini
özümə qalxan,dərdlərimə sipər,sevincimə çələng
eyləyəcəyəm. Heç kəsdən,heç nədən
qorxmayacam,çəkinməyəcəm.Sənin məhəbbətinlə dünya-
aləmi dolaşacam,dünya aləmi ayıracam,dünya-aləmi
ələk-vələk eləyəcəm.Məhəbbətinlə alışacam,məhəbbətinlə
yanacam. Sənsiz sənli günlərimi xəyallarımda
yaşadacam.Xəyallarımda sənə qısılacam,sənə sığınacam.
Səni gördüyüm zaman sanki, bir andaca haqqımın
dərgahına pənah aparıram,bir andaca səni ondan geri
alıram.Xəyal dünyamda "yaşaya-yaşaya" günlərimi
beləcə başa vururam. Gecələrimdən
qorxuram,gündüzlərimdən qorxuram,xəyallarımı
itirməkdən -Səni itirməkdən qorxuram.Sənsiz sənli
günlərimdə sənsiz qalmaqdan qorxuram.Çox qorxuram.
Amma mən səni sənli günlərimdə axtaracam.Mən səni
ömrümdə günümdə axtaracam.Nə dərdinlə barışacam nə
də ki,dərdinə baş əyəcəm.Xəyalınla qovuşacam,xəyalınla
danışacam,xəyalınla yaşayacam.Sənsizliyinlə
barışmayacağam,sənsizliyinlə alışmayacağam..Dünyaları
dəyişik salacam nə o yanlıq,nə bu yanlıq olacam.Səni
aydan soracam,səni ulduzlardan soracam.Günəşlə
doğmalaşacam,səni ondan soracam.Yorulub
sustalacam. Sirli bir dünya quracam.Ancaq sən və mən
göz bəbəyi kimi qoruyacam onu.Kövrəlib
dolacam,kövrəlib boşalacam.Son yarpaq ömrümlə xəyal
dünyamla yaşayacam.Mən səni sənli günlərimdə
axtaracam.Mən səni ömrümdə günümdə axtaracam.
Cəmi 2285 nəfər oxuyub
Bəyənən (609) | Bəyənməyən (397)
Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023