Xərçəngdən qoruyan qidalar

Xərçəngdən qoruyan qidalar


Göbələk prostat xərçənginin gedişatını yavaşlada bilir. Göbələyin tərkibində şişlərin böyüməsinə səbəb olan xüsusi kişi hormonunun təsirini üstələyən unikal maddə var. Hesab olunur ki, ağ göbələk və şampinyonun tərkibində prostat xərçənginin inkişafına mane ola biləcək birləşmələr var.
Çili bibəri ağciyər xərçəngi ilə mübarizə aparmağa kömək edir. Ağciyər xərçəngi bütün dünyada xərçəng ölümünün əsas səbəblərindən biri hesab olunur, o həm də çox hiyləgərdir, çünki çox vaxt nəzarətsiz olaraq digər orqanlara, beyinə, sümüklərə, qaraciyərə yayılır. Tədqiqatçılar ehtimal edirlər ki, çili bibərinin tərkibində olan kapsaitsin sağlam bədən hüceyrələrinin ağciyər xərçəng hüceyrələri ilə yoluxmasının qarşısını almağa kömək edir. Bunu göstərən tədqiqatlar laboratoriyada yetişdirilən insan hüceyrələri və ağciyər xərçəngi hüceyrələri üzərində aparılıb.
Faydalı soğanlılar: kəvər, soğan, sarımsaq bədənin xərçəngdən qorunmasını yaxşılaşdıra biləcək bəzi ümumi xüsusiyyətlərə malikdir. Sarımsaq, soğan, kəvəri həvəslə istifadə edənlərin mədə xərçənginin inkişafına daha az meyilli olduqlarına dair məlumatlar var. Sarımsaq alimlər tərəfindən prostat xərçəngi riskini azaldan bir məhsul kimi qəbul edilir. Kanadalı tədqiqatçılar, həmçinin müəyyən ediblər ki, əsasən qırmızı soğanda olan flavonoid kvertsetin qalın bağırsaq və süd vəzisi xərçəngi hüceyrələrini məhv etməyə qadirdir.
Qəhvə prostat xərçənginə qarşı müdafiəni gücləndirir. “American Cancer Society”nin məlumatına görə, kofein həvəskarları olan kişilərdə prostat xərçənginin inkişafı riski on faiz azdır. Bundan əlavə, prostat xərçəngi vaxtında müalicə olunmamış xəstələrdə gündəlik qəhvə istehlakı onların sağqalma şansını
[1] 2 >>
Cəmi 252 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 180 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024