Sevgim... | Qəmli Notlar
Geniş Kitabxana
Sevgim...
Payızın axır günlərində ağacların budaqlarında tökülmək
üzrə olan saralmış son bir-iki yarpaq qalıb ki mənim də
sənə olan ümidlərim həmin yarpaqlara bənzədi. Sən
qayıtmadın o sonuncu yarpaqlarla birlikdə mənim
ümidlərim də yerə dəyib qara torpağa qarışdı. Fəsillər
keçəcək gələn yaz həmin budaqlara yeni yarpaqlar
gələcək, amma mənim ümidlərim bir daha çiçək
açmayacaq, çünki sənə olan nifrətim onları kökündən
qoparıb atdı. Yadındadırsa biz yağışı çox sevərdik xoş
təsadüf idi. Yağışlı bir gündə tanış olmuşduq. Mən sənə
yağışdan qorunmaq üçün öz çətirimi təklif etdim sən isə
gülümsəyib çətirin altına sığındın. Bir kəlmə söyləmədin
yağış öz damcılarına ara vermir sükutluğu pozur öz
şırıltısı ilə aləmə səs salırdı. Biz üz-üzə göz-gözə
dayanıb bir-birimizə baxırdıq. Sanki gözlərimiz danışırdı.
Bax elə bizim qəmli hekayəmiz də belə başladı. Sonralar
hər yağışda çətirsiz əl-ələ verib yağışın altında gəzirdik.
Sanki bu dünya bizim üçün yaranıb sanırdıq elə
anlayırdıq ki, tale bizi bir-birimizə elə bir xoşbəxtlik
nəsib edib ki , xoşbəxtlik özü belə bizi qısqanır. Bir gün
səhər yağış damcılarının səsi məni yuxudan oyatdı çox
sevindim amma bu yağış damcıları əvvəlki tək xoş
təəssürat bağışlamadı mənə. Amma gör bir nə oldu. Sən
demə pəncərəmi çırpan yağış damcıları səndə olan xoş
günlərimin son notları son kəlməsi imiş. Sənin zəngin
gəldi, düşündüm sənsən yenə yağışda gəzməyə
çıxacağıq. Tez dəstəyi götürdüm və təəssüflər olsun ki,
bu sənin mənə işlətdiyin son kəlməni dilim tutmur
deməyə. İndi hər şeyə nifrət edirəm, yağışa da çünki
yağışı sənlə birgə sevmişdim. Sevgilim indi qaranlıq bir
otaqda şamla üz-üzə oturub sənə məktub yazıram.
Şama baxıram o da mənə bənzər, arada titrəyir sonra
sakitləşir, yanıb-yanıb əriyib sonra da öz taleyi ilə
barışır. Mən sənin üçün o isə zülmət üçün. Kaş mən də
sənin otağında şam kimi yanıb qaranlığı qovub sənin
məni tirən gözlərinə işıq saçaydım. Mən sənin üçün şam
kimi deyil günəşdən də çox yandım. Sən isə məni heç
şam tək belə sevmədin. Bu günlərdə son məndə olan
şəklini cırıb atdım. Sonra çox peşman olub parça–parça
olmuş şəkli toplayıb yapışdırdım. Sanma ki, bu sənə olan
sevgimdəndir yox canım sənə olan sevgim öldü. Sadəcə
bu parça-parça olan şəkil sənə olan sevgimin məzarının
baş daşı oldu. Niyə sən belə əlçatmaz oldun, xeyr elə də
böyük deyilsən sadəcə mən yüksəklərdən yerə dəydim.
Qarşılıqsız məhəbbət bir qanadı sınmış quşa bənzəyir.
Mən isə iki qanadı sınmış halda özümü zirvələrdən yerə
atdım, bildim paran parça olacam yəni sənin uğrunda,
sənin yolunda, qəm qayalarına çırpındım çapaladım can
verdim. Öz sevgimə heyran oldum. Sənə olan sevgimi
sevdim. Mən səni bax belə sevdim belə deyirlər ki səni
ölənəcən sevəcəm, bizi ancaq ölüm ayıra bilər, anla ki,
məndən ölüm belə ayıra bilməz. Çünki, cismim – cismini
deyil tək qəlbim-qəlbini yox ruhum – ruhunu sevdi. Bizi
əməllərimizə görə yalnız Allah ayıra bilər. Oda ki, sən
cəhənnəmlik olsan yerinə mən yanaram. Səni özümdən
də çox sevdim. Yazdığım bu məktublar sənlə olan son
təsəllimdir. Bir gün məndən sənə məktublar kəsilsə bil ki,
ya mən ölmüşəm yada sənə olan sevgim. Hər halda mən
ölmüş olaram. Çünki, sənə olan sevgim ölməzdir.
Cemi 1266 nefer oxuyub
Beyenen (461) | Beyenmeyen (116)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Android Dunyası, Lazımlı Linklər, Ekskluziv Programlar, Maraqlı Bolmələr, Mobil Filmlər, Geniş Kitabxana, Dini Məqalələr, Qadın Dunyası, Burclərin Sirri

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018