Sevgi Mektebi | Hekayələr
Geniş Kitabxana
Sevgi Mektebi
9-cu sinifdə oxuyurdum. İngilis dili dərsində yanımda bir
qız otururdu. Ona SƏN MƏNim ən yaxşı dostumsan
deyirdim. Amma MƏN onun ipək kimi saçlarına baxıb
onun MƏNim olmağını istəyirdim. Amma o MƏNə
MƏNim ona baxdığım gözlə baxmırdı bunu bilirdim.
Dərsdən sonra keçən dərsdə olmadığı üçün MƏNdən
qeydləri istədi. Ona qeydləri verəndə təşəkkür etdi və
yanağımdan öpdü. Onu sadəcə dost kimi istəmədiyimi
bilməsini istəyirdim. Onu çox sevirdim amma deyə
bilmirdim. Səbəbini bilmirdim amma çox utanırdım. 10
cu sinifdə oxuyanda telefonum çaldı. Zəng eləyən o idi.
O ağlayırdı,sevginin necə ürəyini sındırdığını deyirdi.
MƏNi evinə çağırdı. Tək qalmaq istəmədiyini deyirdi.
MƏN təbii ki,getdim. Divanda onun yanında oturdum.
Gözəl gözlərinə baxıb onun MƏNim olmağını istəyirdim.
2 saatdan sonra Drew Barrymore`nin bir filmi başladı.
Filmə baxdıqdan sonra yatmağa qərar verdi. Hər şey
üçün MƏNə təşəkkür etdi və yanağımdan öpdü.
Məzuniyyət balından bir gün əvvəl yanıma gəldi və
sevgilisinin xəstə olduğunu dedi. MƏNim də birlikdə
getməyə sevgilim yox idi. 7-ci sinifdə bir-birimizə söz
vermişdik ki, əgər bala getməyə sevgilimiz olmasa
birlikdə gedəcəyik. Və ən yaxşı 2 dost olaraq bala bir
yerdə getdik. O gün çox gözəldi. Hər şey yolunda idi.
Gecədən sonra onu evlərinə qədər ötürdüm. Qapının
qabağında ona baxdım, MƏNə daha gözəl göründü. O da
gözəl gözləriylə MƏNə gülümsəyərək baxdı. Onun
MƏNim olmağını istəyirdim. O MƏNə MƏNnim ona
baxdığım gözlə baxmırdı bunu bilirdim. MƏNə həyatımın
ən gözəl gününü keçirdim deyib yanağımdan öpdü.
Günlər keçdi və məzuniyyət günü gəlib çatdı. Bütün günü
ona baxırdım. Diplomunu almaq üçün səhnəyə çıxanda
sanki havada süzən bir mələk idi. Evə getməmişdən
qabaq yanıma gəldi və ağlayaraq MƏNi qucaqladı. Sonra
başını çiynimə qoyub, SƏN MƏNim ən yaxşı dostumsan
deyib yanağımdan öpdü. Aradan illər keçdi. İndi o qızın
nigahını izləyirəm. Bəli o artıq evlənirdi. Onun başqa bir
adamla evli olaraq yeni həyata girməyini öz gözlərimlə
izləyirdim. Yeni həyata girmədən öncə yanıma gəldi,
toyuma gəldin deyib təşəkkür etdi və MƏNi yanağımdan
öpdü. İllər çox tez gəlib keçdi. İndi MƏNim bir zamanlar
ən yaxşı dostum olan qızın tabutuna baxıram. Əşyaları
yığışdırılanda məktəb illərində yazdığı gündəliyi tapıldı.
Gündəlikdə oxuduğum sətirlər belə idi: `ONUN
GÖZLƏRİNƏ BAXARAQ ONUN MƏNİM OLMASINI
ARZULADIM.AMMA O MƏNƏ MƏNİM ONA BAXDIĞIM
GÖZLƏ BAXMIRDI,BUNU BİLİRDİM.ONU SADƏCƏ DOST
KİMİ İSTƏMƏDİYİMİ BİLMƏSİNİ İSTƏYİRDİM.ONU ÇOX
SEVİRDİM AMMA DEYƏ BİLMİRDİM.SƏBƏBİNİ
BİLMİRDİM AMMA ÇOX UTANIRDIM....KAŞ MƏNƏ BİR
DƏFƏ DƏ OLSUN SEVDİYİNİ DEYƏRDİ...` Men bunlari
duwunerken canimdan cox sevdiyim meleyimi defn
etdiler...
Cemi 752 nefer oxuyub
Beyenen (233) | Beyenmeyen (84)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018