Nəm Çəkmiş Xatirələr | Qəmli Notlar
Geniş Kitabxana
Nəm Çəkmiş Xatirələr
Əvvəl ümidlərimin üzərini örtən buludlar göy üzünü
qaraltdı, sonra yağış yağdı……….ümidlərimi yuyub
aparacaq deyə bir qorxu yarandı qəlbimdə…hələ də
davam edir bu qorxu……..Hər şeyi atıb getdin bir tək
xatirələri mənə buraxdın…….yağış yağmaqda davam
edir……..Narın-narın yağan yağış öz nəğməsini oxuduqca
bu nəğmənin ahənginə qoşulan xatirələrim kohnelib, məni
öz ağuşuna aldı………..Yavaş-yavaş sənli, yaş xatirələrim
quruyurdu……….amma bu gün yenə də islandı yaz
yağışında…….yağış elə yağdı ki, canlandı “o” xatirələr! Eh
nəm çəkmiş xatirələr, qurumamış duyğular, yaş qalmış
mənlik………İnsan daha nələr haqda fikirləşmir…… Səni
mənə xatırlatdığı üçün bir az küsdüm yağışdan…….amma
bu uzun çəkmədi……..çox tez barışdım. Sonra bir az
həyata küsdüm…….sənsizliyin necə ağır olduğunu və
mənə sənsiz qalmağın mümkünsüzlüyünü xatırlatdığı
üçün……..sonra qəlbimdə heç kəsin doldura bilməyəcəyi
bir boşluğu xatırlatdı bu yağış…….nə isə……….Sonra
insanlardan küsdüm…….sənin mənə aid olmadığını, başqa
dünyaların insanları olduğumuzu isbat etməyə
çalışdıqları üçün……….Bir az sonra gözlərimdən
küsdüm………hər yoldan keçənin sən olduğunu zənn edib
arxasınca qaçdığım və sən olmadığını görüb necə çarəsiz
olduğumu anladığım üçün……….Daha sonra səni
xatırladan hər şeydən küsdüm…….Səni ilk gördüyüm
yerdən, əllərimdəki əllərinin izindən, heç zaman silə
bilmədiyim xatirələrdən……Hər şeyi atıb getdin bir tək
xatirələri mənə buraxdın. Niyə illər sonra hər şeyi
unutdub, səni unuda bilmədim??? İndi özümdən
küsmüşəm…….. hər gün özüm – özümü aldatdığım
üçün…………. Hər şeydən küsdüm, sonda bir tək səndən
küsə bilmədim………….Mənim üçün yağış xatirəyə çevrilən
damcılardır……….Keçmişdə qalıb qaralan xatirələrim bu
gün yenə yağış damcılarının səsi ilə bir nəğmə kimi
səsləndi………..Yağışın səsini sevirəm……..istəyirəm yağan
yağış öz sərin damcılarını üz-gözümə
vursun………..saatlarla yağışın altında islanmaq
istəyirəm…….Həə, düz eşitdiniz islanmaq……….əgər mənə
dəli deməsəydilər…………saatlarla yağışın altında qalıb
islanardım………..Yağış yağır…….. yenə yadıma sən
düşdün, bağışla.
Cemi 1010 nefer oxuyub
Beyenen (277) | Beyenmeyen (121)
Paylaş:
Qəmli Notlar

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Bedava mp3 indir, Mobil mp3 indir, Cep mp3 indir, Mp3 dinle yükle, Şarkı indir, Albüm indir, Cepten müzik indir, Wap mp3 indir, Yeni mp3 indir, Müzik dinle, En yeni mp3ler, video indir, video yukle, mp3 yukle, mp3 axtar, video downloader, video search, video down, mp3 search, songs, yuklemeler

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018