Nəm Çəkmiş Xatirələr

Nəm Çəkmiş Xatirələr


Əvvəl ümidlərimin üzərini örtən buludlar göy üzünü
qaraltdı, sonra yağış yağdı……….ümidlərimi yuyub
aparacaq deyə bir qorxu yarandı qəlbimdə…hələ də
davam edir bu qorxu……..Hər şeyi atıb getdin bir tək
xatirələri mənə buraxdın…….yağış yağmaqda davam
edir……..Narın-narın yağan yağış öz nəğməsini oxuduqca
bu nəğmənin ahənginə qoşulan xatirələrim kohnelib, məni
öz ağuşuna aldı………..Yavaş-yavaş sənli, yaş xatirələrim
quruyurdu……….amma bu gün yenə də islandı yaz
yağışında…….yağış elə yağdı ki, canlandı “o” xatirələr! Eh
nəm çəkmiş xatirələr, qurumamış duyğular, yaş qalmış
mənlik………İnsan daha nələr haqda fikirləşmir…… Səni
mənə xatırlatdığı üçün bir az küsdüm yağışdan…….amma
bu uzun çəkmədi……..çox tez barışdım. Sonra bir az
həyata küsdüm…….sənsizliyin necə ağır olduğunu və
mənə sənsiz qalmağın mümkünsüzlüyünü xatırlatdığı
üçün……..sonra qəlbimdə heç kəsin doldura bilməyəcəyi
bir boşluğu xatırlatdı bu yağış…….nə isə……….Sonra
insanlardan küsdüm…….sənin mənə aid olmadığını, başqa
dünyaların insanları olduğumuzu isbat etməyə
çalışdıqları üçün……….Bir az sonra gözlərimdən
küsdüm………hər yoldan keçənin sən olduğunu zənn edib
arxasınca qaçdığım və sən olmadığını görüb necə çarəsiz
olduğumu anladığım üçün……….Daha sonra səni
xatırladan hər şeydən küsdüm…….Səni ilk gördüyüm
yerdən, əllərimdəki əllərinin izindən, heç zaman silə
bilmədiyim xatirələrdən……Hər şeyi atıb getdin bir tək
xatirələri mənə buraxdın. Niyə illər sonra hər şeyi
unutdub, səni unuda bilmədim??? İndi özümdən
küsmüşəm…….. hər gün özüm – özümü aldatdığım
üçün…………. Hər şeydən küsdüm, sonda
[1] 2 >>
Cəmi 2545 nəfər oxuyub
Bəyənən (608) | Bəyənməyən (376)
Dostlarınla Paylaş

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024