Qemli sevgi | Hekayələr
Geniş Kitabxana
Qemli sevgi
Bir avtobus dayanacagında qarşılasmısdılar ilk defe. Biri
Tibb Universitetinde oxuyurdu, digeri Memarlıq ve Insaat
Universitetinde. O ilk qarsılasmadan sonra bir daha, bir
daha ve bir daha goruse bilmək ucun her defe eyni
saatda, eyni dayanacaqdan, eyni avtobusa mindiler.
Genc idiler, cox genc... Bir-birleri ile danısacaq cesareti
tapmaları vaxt aldı, amma nehayet bacardılar. eslində
hec biri her seher avtobusa mindikleri terefde
yasamirdilar. Oglan dostugildə qaldıgı ucun hemin
dayanacaqdan minmisdi, qiz isə bacisi gildə. Sirf bir-
birlerini gore bilmek ucun her seher tezden evlerindən
cixib seherin taaa o basindan hemin dayanacaga
geldiklerini gulə-gulə bir-birlerine etiraf etdiler bir gun...
Universiteti bitiren kimi evlendiler. Xosbext idilər, cox
xosbext. Bezen ishsiz, bezen pulsuz qaldılar. Amma
qelbleri bir-birine ele bagli idi ki, hec bir sey gozlerine
gorunmurdu. Ayin sonuna gucle catdiqlari zamanlarda
da, məshur bir hekim ve meshur bir memar olduqlari
zamanlarda da həmise xosbext idiler. Zamanin
asinmasina ugrayan, alısqanliqlara cevrilen sevgilerden
deyildi onlarinki... Gunler gunleri, iller illeri qovaladiqca
sevgileri de boyudu... Tek catısmazliqlari ovladlarinin
olmamasi idi. Cetin bir müalice kursu kecmelerine
baxmayaraq ovlad sahibi olmadiqlarinda, “butun
xosbextliklerin bizim olmagini gozlemek nasukurluk olar”
- deyerek davam etdiler heyatlarina. Ovlad yerine
sevgilerini boyutduler... “Sənin üçün ölümə gedərəm” -
deyərdi Sevda ona sarılaraq, “yox, mən sənin üçün
ölərəm” deyə cavab verərdi Aqşin. Bəzən evə gələndə
aynanın üzərində bir qeyd görərdi Sevda, “Əzizim,
kitabxananın ikinci rəfinə bax...”. Kitabxananın ikinci
rəfində başqa bir qeyd olardı, “Mətbəxdəki stolun üzərinə
bax və səni çox sevdiyimi heç zaman unutma”.
Mətbəxdəki stoldan yataq otağındakı şkafa qədər sevgi
dolu qeydləri oxuya-oxuya gələn qadın, ən sonunda ya
bir dəstə gül, ya çox sevdiyi şokoladlar, ya da bahalı
hədiyyələrlə qarşılaşardı. Aldığı hədiyyənin nə olması heç
də əsas deyildi... Həyat nə qədər sürətlə axırsa axsın,
işləri nə qədər gərgin olursa olsun hər zaman bir-
birlərinə ayıracaq zaman tapırdılar. Buna baxmayaraq 40
yaşlarına gəldikdə daha az işləməyə qərar verdilər. Aqşin
xəstəxanadan ayrıldı və şəxsi müayinə otağında xəstə
qəbul etməyə başladı. Sevda isə ofisini bağladı və
sadəcə xüsusi layihələrlə işləməyə başladı. Artıq daha
çox bir yerdə ola bilirdilər. Bir gün sahildə dolaşarkən
xaraba ev gördü Sevda, üzərində “SATILIR” elanına
baxaraq “”nə deyirsən, bu evi alaq?” dedi Aqşinə. “Bu
xarabanı söküb, üzrəində çox gözəl bir ev tikərik.
Layihəni artıq beynimdə çəkdim. Çox böyük bir eyvanı
olan, qağayıları səhər yeməyinə dəvət edə biləcəyimiz bir
dəniz evi...” “Sən istədiyinə mən heç “yox” deyə
bilərəm?” – deyə cavab verdi Aqşin. “Amerikadakı tibb
konqresindən dönən kimi əmlak məsələlərin ilə mağşul
olan adama zəng edərəm. Neçəyə olursa olsun, bu ev
bizimdir artıq...” Sadəcə 1 həftə ayrı qalacaqlarını
bilsələrdə, ayrılmaları çox çətin oldu. Hər gün, hər saat
danışdılar telefonda. Göz yaşları içində qucaqlaşdılar
aeroportda. Ancaq bir neçə gün sonra həyat yoldaşında
bir qəribəlik olduğunu hiss etdi Sevda. Əvvəlki kimi
xoşbəxt görünmür, danışmaqdan qaçırdı. Onun kefini
açmaq üçün sahildəki evi yadına saldı və çəkdiyi layihəni
verdi ona, amma heç gözləmədiyi bir cavab aldı: “Canım,
o ev bizim büdcəmizə uyğun deyil. Ən yaxşısı onu
unut...” Xoşbəxtliyin dadına öyrəşmiş insanlara bu kimi
hallar daha da çətin gəlir. Sevdaya heç xoş gəlmədi
gözlənilməyən cavab. Dərdini deməsi üçün yalvardı
Aqşinə, “sənin üçün ölərəm, bilirsən, xahiş edirəm danış”
– deyə dil tökdü boş yerə... İllərdi sevdiyi adam
duyğusuz, sevgisiz biri ilə yer dəyişmişdi sanki. Ona
yaxınlaşmağa çalışdıqca, beton divarlara çırpılırdı elə bil.
Hər çırpılanda daha çox qanayırdı ürəyi... Bir gün
uşaqlığının, gəncliyinin və bütün həyatının birliktə keçdiyi
rəfiqəsi ilə dərdləşərkən, “artıq dözə bilmirəm, sənə
deməliyəm bunu” - deyə sözünü kəsdi rəfiqəsi. “O, səni
aldadır. İş yerimin düz qarşısındakı restoranda gənc bir
xanımla hər gün nahar edir. Sonra da bir-birlərinə sarılıb
maşına minirlər...” “Sus! Sus! Eşitmək istəmirəm bu
yalanları” – deyə bağırdı Sevda. Neçə illik rəfiqəsini onun
xoşbəxtliyini qısqanmaqla günahlandırdı... Ertəsi gün
nahar vaxtı o restoranın qarşısında bir küncə sıxıldı
səssizcə və pəri nağıllarının sadəcə nağıl olduğunu başa
düşdü... Həyat yoldaşının əvvəllər eyni xəstəxanada
işlədiyi gənc tibb bacısını tanıdı o saat. Bəzən evlərinə
qonaq gələn qadına necə sarıldığını gördü Aqşinin...
Axam həyat yoldaşı evə gələr-gəlməz bəzən bağıraraq,
bəzən ağlayaraq, bəzən ona möhkəm-möhkəm sarılaraq,
bəzən də yumruqlayaraq söylədi üzünə hər şeyi. İnkar
etmədi Aqşin. Zamanla hisslərin dəyişə bildiyini,
insanların orta yaşa çatdıqda fərqlilik axtardığı kimi bir
neçə bəhanə sadaladı və çemodanını götürün çıxdı
evdən. Qapıdan çıxarkən “son bir dəfə qucaqlamaq
istəyirəm səni” – dedi, amma Sevda “rədd ol” – dedi
nifrətlə... İlk andaca boşandılar... Leyli və Məcnunun
belə həsəd apara biləcəyi müasir bir eşq macərasının
belə sonlanmasına heç kim inana bilmirdi. Dostlarının
dəstəyi ilə ayaqda durmağa çalışdı qadın. Aqşinin
sevgilisi ilə birgə Amerikada yaşadığını öyrəndi. Bəzən
tək qaldığında onu hələ də sevdiyini hiss edincə,
ağlamaq krizisi keçirir, sevgisinin yerini ən az onun
qədər nifrətin əvəz etməsi üçün dua edirdi. Aradan bir il
keçdi... Hər şeyin dərmanı olduğu söylədiyimiz zaman
belə Sevdanın dərdinə əlac olmamışdı. Bir səhər
dayanmadan çalınan qapı zənginə oyandığında,
qarşısında o qadını gördü. “Sən buraya nə üzlə
gəlmisən?” – deyə bağırmaq istədi, amma səsi çıxmadı.
“Xahiş edirəm, içəri girməyimə icazə ver, mütləq
danışmalıyıq” – dedi gənc qız. Divanda oturdu və
çətinliklə eşidiləcək bir səslə danışmağa başladı: “Hər
şey göründüyü kimi deyil əslində. Çox ağrılıdır, amma
Aqşin 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqresə
getdiyi zaman öyrəndi xəstəliyini və təxminən 1 il ömrü
qaldığını. Buna sənin dözə bilməyəcəyini, hər zaman
dediyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi.
Səni özündən uzaqlaşdırmaq üçün məndən sevgilisi
rolunu oynamağımı istədi. Ailəsinə də xəbər vermədi. Bir
yerdə Amerikada yaşadığımız yalanını yaydı. Amma özü
ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir
ev tutmuşdu. Müalicə alır və sağalacağına inanırdı.
Amma olmadı. Gecə halı pisləşib, baxıcı mənə zəng etdi,
son anda çata bildim. Sənə bu qutunu verməyimi
istədi...” Gözlərindən axan yaşları dayandıra
bilməyəcəyini bilirdi Sevda. Elə burdaca ölmək istəyirdi.
Əlindəki qutunu açdı, xüsusi diqqətlə bükülmüş xeyli
sayda kağız var idi içində. İlk kağız parçasında “xahiş
edirəm, bu kağızları sıra ilə oxu, sevgilim” – yazılmışdı...
Sıra ilə oxudu; “Sən çox sevdim”, “Səni sevməkdən heç
zaman usanmadım”, “Sənin üçün ölərəm deyirdin hər
zaman, doğru söylədiyini bilirdim”, “Ancaq menim ucun
olməyini istəmedim”, “Indi mene soz vermeyini
isteyirem”, “Menim ucun yasayacaqsan, oldumu?”. Son
kaqızı goturende qutuda bir acar olduqunu gordu
Sevda... ve son kaqızda bu sozlər yazılmısdı: “Sahildeki
evimizi senin cekdiyin layihe uzre tikdirdim. Boyuk
eyvanda qaqayılarla seher yemeyi yeyerken her zaman
seni izleyeceyem...”
Cemi 981 nefer oxuyub
Beyen(339) | Beyenme(78)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Pulsuz yuklemeler, free games, sohbet, qizlar, pulsuz whatsapp, whatsapp indir, instagram indir, youtube indir, bedava porno, bedava dinle, indir, azeri sarkilari, turk sarkilari, Yeni Oyunlar, Kohne Oyunlar, Top Oyunlar, Browser ve Internet, Sosial Şebekeler, Eylence

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018