Qemli sevgi

Qemli sevgi


deməsi üçün yalvardı
Aqşinə, “sənin üçün ölərəm, bilirsən, xahiş edirəm danış”
– deyə dil tökdü boş yerə... İllərdi sevdiyi adam
duyğusuz, sevgisiz biri ilə yer dəyişmişdi sanki. Ona
yaxınlaşmağa çalışdıqca, beton divarlara çırpılırdı elə bil.
Hər çırpılanda daha çox qanayırdı ürəyi... Bir gün
uşaqlığının, gəncliyinin və bütün həyatının birliktə keçdiyi
rəfiqəsi ilə dərdləşərkən, “artıq dözə bilmirəm, sənə
deməliyəm bunu” - deyə sözünü kəsdi rəfiqəsi. “O, səni
aldadır. İş yerimin düz qarşısındakı restoranda gənc bir
xanımla hər gün nahar edir. Sonra da bir-birlərinə sarılıb
maşına minirlər...” “Sus! Sus! Eşitmək istəmirəm bu
yalanları” – deyə bağırdı Sevda. Neçə illik rəfiqəsini onun
xoşbəxtliyini qısqanmaqla günahlandırdı... Ertəsi gün
nahar vaxtı o restoranın qarşısında bir küncə sıxıldı
səssizcə və pəri nağıllarının sadəcə nağıl olduğunu başa
düşdü... Həyat yoldaşının əvvəllər eyni xəstəxanada
işlədiyi gənc tibb bacısını tanıdı o saat. Bəzən evlərinə
qonaq gələn qadına necə sarıldığını gördü Aqşinin...
Axam həyat yoldaşı evə gələr-gəlməz bəzən bağıraraq,
bəzən ağlayaraq, bəzən ona möhkəm-möhkəm sarılaraq,
bəzən də yumruqlayaraq söylədi üzünə hər şeyi. İnkar
etmədi Aqşin. Zamanla hisslərin dəyişə bildiyini,
insanların orta yaşa çatdıqda fərqlilik axtardığı kimi bir
neçə bəhanə sadaladı və çemodanını götürün çıxdı
evdən. Qapıdan çıxarkən “son bir dəfə qucaqlamaq
istəyirəm səni” – dedi, amma Sevda “rədd ol” – dedi
nifrətlə... İlk andaca boşandılar... Leyli və Məcnunun
belə həsəd apara biləcəyi müasir bir eşq macərasının
belə sonlanmasına heç kim inana bilmirdi. Dostlarının
dəstəyi ilə ayaqda durmağa çalışdı
<< 1 2 [3] 4 5 >>
Cəmi 2562 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 100 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024