Sevgi ayriliqdan güclüdü vallah

Sevgi ayriliqdan güclüdü vallah


Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayriliqdan burax əlimi,
Sevgi ayriliqdan güclüdü vallah.
Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayriliqdan ölüm deyilki
Sevgi ayriliqdan güclüdü vallah.
Sən hələ bilmirsən ayriliq nədir
Hər səfər könlünü sixir inlədir.
Ayrilan cisimdir, ruh səninlədir
Sevgi ayriliqdan güclüdü vallah.
Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayriliqdan inan sən mənə,
Sevgi ayriliqdan güclüdü vallah.
Qorxu intizar var ağlar gözündə
Neçə yalvariş var bircə sözündə.
Bir gün biləcəysən elə özün də
Sevgi ayriliqdan güclüdü vallah.
Nə fərqi yaxinam yada uzağam
Hələki səninəm nə qədər sagam.
Ölsəm o dünyadan qayidacagam
Sevgi ayriliqdan güclüdü vallah.
Göz yaşi əbəsdi çixib gedəcəm
Könlümü odlara yaxib gedəcəm.
Mən sənə, hamiya sübut edəcəm
Sevgi ayriliqdan güclüdü vallah.
Cəmi 2595 nəfər oxuyub
Bəyənən (646) | Bəyənməyən (357)
Dostlarınla Paylaş

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023