Ayrılıqdı bu gelen

Ayrılıqdı bu gelen


Pəncərədən daş gəlməyir əzizim.
Daşa dönmüş ayrılıqdı bu gələn.
Yaş üstünə yaş gəlməyir əzizim
Yaşa dönmüş ayrılıqdır bu gələn...
Dəli könül sevdiyiylə yar deyil.
Amma,sevib qovuşmamaq ar deyil.
Göydən yagan dənə-dənə qar deyil.
Qışa dönmüş ayrılıqdır bu gələn...
Sevdiyindən ayrı düşmək xoş deyil.
Ürək dözmür,ürək axı daş deyil...
Uzaqlardan uçub gələn quş deyil.
Quşa dönmüş ayrılıqdır bu gələn...
Səninləyəm sənsiz xatirələrlə.
Sən də yaşa mənsiz xatirələrlə.
Tənha gedib sonsuz xatirələrlə.
Qoşa dönmüş ayrılıqdır bu gələn...
Cəmi 2371 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024