Yuxu | Şeirlər
Geniş Kitabxana
Yuxu
Xəyaldır ömrümə dönüb gəlməyin,
Nə qədər yuxuma gələcəksən sən.
Onsuzda oyanıb səhər hər şeyin
Yuxu olduğunu biləcəksən sən.
Silmədim bir səni,bir göz yaşımı
Hər gün xəyalını danışdırıram.
Bu boş xəyallarla gündüz başımı
Gecələr yuxumu qarışdırıram.
Yuxuda mənimsən ehh o yuxular
Həyatda mənim yox tamam özgənin.
Bəlkə də üçüncü bir nəfər də var
Gecələr o gəlir yuxuna sənin.
Qabaqda çox sənsiz gecələrim var
Yuxu da getməyir gözümə artıq.
Gecələr yatanda şirin yuxular
Arzu eləyirəm özümə artıq.
Gündüzlər xəyalın gecələr özün
Cibimdə cürbəcür yuxu dərmanım.
Onun hər dənəsi yuxuda hər gün
Səni bircə dəfə görmək imkanım.
Mən hiss eləmişdim sən getməmisən
O gündən heç kimlə görüşməmişəm.
Sən məni yuxuda tərk etməmisən,
Mən səni həyatda dəyişməmişəm
Cemi 1065 nefer oxuyub
Beyen(432) | Beyenme(94)
Paylaş:
Şeirlər

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018