Təkcə səni istəyirəm

Təkcə səni istəyirəm


Son bir kərə görüm deyə.
Bir saatlıq yanımda ol,
Dərd-sərimi bölüm deyə...
Biz birlikdə gəzən zaman,
tez tutardın əllərimdən.
Qəlbimdəki arzuları
Oxuyardın gözlərimdən....
Yağan yağış damcısınının
İslanardıq altında biz.
Qucaqlaşıb sığınardıq
Bir çətirin altında biz...
Yenə səni istəyirəm,
Hava kimi, saf su kimi.
Allahıma yalvarıram
Əlin açan yolçu kimi...
Yalvarıram, sən dönəsən.
Uçub gedən durnalartək.
Bir yetimin ilahidən
Dilədiyi arzulartək...
Təkcə səni istəyirəm,
Gözlərindən öpüm deyə.
Bir əlacsız xəstə kimi,
Qollarında ölüm deyə..
Cəmi 2115 nəfər oxuyub
Bəyənən (669) | Bəyənməyən (303)
Dostlarınla Paylaş

Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023