Qonağım oldun

Qonağım oldun


Bu gecə sən bizə qonaq gəlmişdin,
Dedin ki otağın oyuq-oyuqdur.
Nə edim?otağım sənin qəlbintək,
Yaman səliqəsiz,yaman soyuqdur.
Divarlar üstümə gəlir elə bil.
Hisli çırağımın piltəsi sönüb.
Döşməm üstündə ayaq izləri,
Qəlbimdə iz qoyan yaraya dönüb.
Nahaq əl uzatma açılmaz qapım,
O qapı lap çoxdan, pas atıb artıq.
O qapı dalında sənin həsrətin,
Gündə milyon dəfə yaşanıb artıq.
Bağışla çayımda soyuq olacaq,
Səfillər isti çay içməzlər gülüm.
Sənin həsrətinlə söndü bu ocaq,
Sovruldu göylərə, sovruldu külüm.
Qalıb paltarlarım küncdə, bucaqda.
Səliqə onları çoxdan tərk edib.
Ütüsü yox olmuş bu köynəklərin,
Boynunu illərin həsrəti didib.
Daha yox əlacım getsəmdə hara,
Mənim həyat eşqim səsini kəsdi.
Sənli xatirələr tökülüb bura,
Bağışla otağım səliqəsizdi.
Cəmi 2041 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 212 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024