Mən səni yuxumda görəndən bəri | Şeirlər
Geniş Kitabxana
Mən səni yuxumda görəndən bəri
Bilmirəm,sən kimsən,ay gülüzlü yar,
Mənə bu sevgidə Tanrı olsun yar,
Səni axtarıram hey diyar-diyar,
Mən səni yuxumda görəndən bəri.
Kimə baxıramsa səni görürəm,
O pambıq əlləri,təni görürəm,
Sənli dünyalarda məni görürəm,
Mən səni yuxumda görəndən bəri.
Bilmirəm insansan yoxsa mələksən?
Həqiqi sevgisən yoxsa kələksən?
Addım-addım mənə yön gələcəksən,
Mən səni yuxumda görəndən bəri.
Qəflət yuxusuna batıb qalmışam,
Günümü günümə satıb qalmışam,
Həqiqi dünyanı atıb qalmışam,
Mən səni yuxumda görəndən bəri.
Suallar içimi yeyib-dağıdır,
Alovlu qəlbimdə hicran dağıdır,
Bir mələk dərdimə dərd ortağıdır,
Mən səni yuxumda görəndən bəri.
Nə ölə bilirəm,nə də yaşaya,
Elə bil gəmimə tuş gəlib qaya,
Yeni doğulmuşam fani dünyaya,
Mən səni yuxumda görəndən bəri.
Dünyanı gəzirəm hey dolaşıram,
Sənin kədərini bir-bir aşıram,
Hamını sən bilib yaxınlaşıram,
Mən səni yuxumda görəndən bəri.
Küçələr bezibdi məni görməkdən,
Şeytanlar ölübdü mənə gülməkdən,
Yanıb-yaxılıram fikirləşməkdən,
Mən səni yuxumda görəndən bəri.
Axı sən hardasan,kimsən,nəçisən?
Yoxsa səmalardan gələn elçisən?
Yoxsa ki adicə,quru kəndçisən?
Nəçisən,nəçisən,gülüm,nəçisən?
Olmusan dilimin sözü,əzbəri,
Mən səni yuxumda görəndən bəri
Cemi 967 nefer oxuyub
Beyen(369) | Beyenme(111)
Paylaş:
Şeirlər

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018