Bu gün toy günündür

Bu gün toy günündür


Bu gün toy günündür, gözlərimdə qəm
Atıb kədərimi toya gəlmişəm.
Bu gün toy günündür, kipriyimdə nəm
Səni itirmişəm toya gəlmişəm.
Bu gün toy günündür, yada düşənəm,
Sənə ən əziz şey-gül gətirmişəm.
Özlüyündə demə, demə mən sənəm,
Sənə bir ömürlük qəm gətirmişəm.
Məndən gözləməzdin, qəm gətirmişəm.
Bu gün toy günündür, inanmaq olmur,
Deyirsən:"Gəlmisən, yenə xoşbəxtəm".
Yenə də odlusan, sönməyib eşqin,
Mən isə duymadım yanar qəlbini.
Axı bircə kərə od olar insan.
Daha özgə odda qalanmaq olmur.
Bu gün toy günündür, bir soruşan yox,
Sən ki, vəfasızsan, niyə gəlmisən?
Bu gün toy günündür, bir qarışan yox,
Günahkar ki, sənsən niyə gəlmisən?
Barı özün soruş ay xəbərsizim,
"Bağışla"-deməkçün toya gəlmişəm
Cəmi 2104 nəfər oxuyub
Bəyənən (561) | Bəyənməyən (385)
Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024