Üzük | Şeirlər
Geniş Kitabxana
Üzük
O vüsal günləri hayana düşdü,
Var imiş könlümü qırmağın sənin,
Nə vaxtdan bu üzük payıma düşdü -
Alışıb yanaydı barmağın sənin.
Səni bəxş etdilər nə bilim kimə,
Mənim sevməyim də bir günah imiş,
Həsrətin zəhərli gülləymiş demə,
Bu təmiz ürəyim nişangah imiş...
Nəfəsim alışıb gör necə yandı,
Yalvarram, o qızdan aralan, üzük!
Bəxtimə dolaşan qızıl ilandı
Sənin barmağında saralan üzük.
Oyur ürəyimi, min ağrı, giley
Qəm yüküm dəyirman daşı boydadı...
Daralıb, yığılıb, kiçilib hər şey
Yer üzü üzüyün qaşı boydadı.
Köçdüm gözlərinə günün birində,
Varlığım qəlbində durmadımı bəs?
Sənin o nişanlın bəbəklərində
Mənim nişanəmi görmədimi bəs?
Bu sənin barmağın, üzük də baha
İşıqlı var-dövlət qarmağın oldu.
Məni barmağına doladın daha
Ən böyük düşmənim barmağın oldu!
Həsrətlə çırpılıb əzilmişəm mən,
Ağrı qatar-qatar əzikdən keçər.
Soyulub qatbaqat nazilmişəm mən
Qamətim sap kimi üzükdən keçər...
Gün sürüb fərəhlə yaşardım yüz il
Bir an sıxılsaydım qucağına mən.
O sənə bəxş etdi bir parça qızıl,
Günəşi taxardım barmağına mən.
Bir sual bənd olub yaş boğan gözə
Niyə saf eşqimi günah sayıblar?
Səni bir oğlana, bir könülsüzə,
Məni də kədərə nişanlayıblar!..
Cemi 1013 nefer oxuyub
Beyen(361) | Beyenme(118)
Paylaş:
Şeirlər

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

[sitemap][mp3 sitemap][video sitemap]
©Tatli.Biz 2010-2019