Qısqanc sevgilim

Qısqanc sevgilim


Məni çox qısqanma qısqanc sevgilim
Düşünmə özgəsin sevərəm sənsiz
Mən sənə o qədər bağlanmışamki
Etiraf edirəm ölərəm sənsiz...
Tanrıdan yeganə istəyim sənsən
Bilirəm qismətim taleyim sənsən
Mənim bu həyatda hər şeyim sənsən
Özümü kimsəsiz bilərəm sənsiz
Etiraf edirəm ölərəm sənsiz...
Qəlbimdə var mənim belə bir niyyət
Haçansa olasan sən mənə qismət
Sevgilim nə zaman bitər bu həsrət
Nə qədər gələrəm dəhşətə sənsiz
Etiraf edirəm ölərəm sənsiz...
Sən mələk gəlmisən yerə səmadan
Qurtar bu könlümü dərddən bəladan
Xəyalam bir tək o böyük xudadan
Səninlə olmağı dilərəm sənsiz
Etiraf edirəm ölərəm sənsiz.
Cəmi 2378 nəfər oxuyub
Bəyənən (643) | Bəyənməyən (387)
Dostlarınla Paylaş

Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023