Tapacaq seni

Tapacaq seni


Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım, xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
Cəmi 2168 nəfər oxuyub
Bəyənən (611) | Bəyənməyən (366)
Dostlarınla Paylaş

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024