Səndən danışdı

Səndən danışdı


Nə deyir bu çaxan şimşəklər
mənə?
Fikirlərim bir-birinə qarışdı.
Dinlədim yağışın səsini yenə,
Düşən damlalar da səndən
danışdı.
Sənin xatirən də bil mənə xoşdu,
Dilim sənə neçə nəğmələr qoşdu,
Bu yağışlı gündə hislərim coşdu,
Qəlbimdə bir ocaq yandı alışdı,
Hər xatirən mənə səndən danışdı.
Fikrə getdi, rəngi soldu, saraldı,
Rüstəmin bir xeyli xəyala daldı,
Əsən küləklər də bir nəğmə çaldı,
Olarda bir xeyli əsdi, çalışdı,
Bu gün hər şey mənə səndən
danışdı.
Cəmi 2214 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 190 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023