Üreyim titreyir seni görende

Üreyim titreyir seni görende


Səni istəmirəm görəm ağlayan,
Görmək istəyirəm güləndə səni.
Necə ki, yuxuma girərdin əvvəl,
Necə ki, görmüşəm dünən də səni,
O cür istəyirəm olasan hər an,
Təbəssüm səninçün yaranıb inan.
Lütf elə, bir az da yanımda dayan,
Ürəyim titrəyir görəndə səni.
Yad kimi nə olar ötmə yanımdan,
Səninçün ayrıldım öz ünvanımdan.
Əzrail sayağı oyna canımnan,
Al, götür, görəyim öləndə səni.
Rəhm elə, qəlbimi bu cür yaxırsan,
Durmadan dünəni başa qaxırsan.
Axı sən özün də mənə baxırsan,
Bəs nədən görməyim de, mən də səni?!
Bülbüləm, gülümdən baş açammıram,
Həsrətin zəncirin gücüm yox qıram,
Nə qaça bilmirəm, nə uçammıram,
Durub gözləyirəm çəməndə səni.
Cəmi 2157 nəfər oxuyub
Bəyənən (549) | Bəyənməyən (336)
Dostlarınla Paylaş

Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023