Gedirem

Gedirem


Daha tərk edirəm mən bu şəhəri,
Son dəfə geriyə baxıb gedirəm.
Unudub qüssəni, qemi kədəri,
Mən çox uzaqlara çıxıb gedirəm...
Gedirəm yağışla, boranla qarla.
Mən qayıtmayacam gələn baharla.
Bəlkə də verdiyim bu son qərarla,
Özüm öz evimi yıxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
Sənlə yox rəsminlə qucaqlaşaraq,
Göz yaşı tökürəm uşaqlaşaraq.
Sevgilim, səndən də uzaqlaşaraq,
Coşğun bir çay kimi axıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
Yeni bir başlanğıc, ümid adıyla,
Gedirəm qəlbimin bu fəryadıyla.
Məni kül eyləyən nifrət oduyla,
Hər şeyi yandırıb yaxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
Oxu bu şeirin bu son qismini.
Eşqimlə ruhuma yazdım ismini.
Səndən tək yadigar qalan rəsmini,
Son dəfə köksümə sıxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm....
Cəmi 2086 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023