Kaş ki sen olaydın

Kaş ki sen olaydın


Kaş ki, sən olaydın dərdimə qalan,
İncidib, sonra da könlümü alan.
“Ayrılaq” deməyin olaydı yalan,
Ümidim, gümanım kaş, sən olaydın!
De, nədən ürəyim istəyir səni?!
Gündüzdən seçmirəm indi gecəni...
Həsrətin əlindən alaydın məni,
Hicrana yamanım kaş, sən olaydın!
Sevgimə əyildim, anlamadın sən,
Allah bağışlamaz bu eşqə gülsən.
Anlasan, darıxsan, qayıda bilsən,
Gələcək zamanım kaş, sən olaydı
Cəmi 1980 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023