Üreyim

Üreyim


Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!
Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!
Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O səni unutdu, sən unutmadin,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!
Cəmi 2096 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024