Mənə inanmırsan bir yuxu kimi

Mənə inanmırsan bir yuxu kimi


Mənə inanmırsan bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq .
Yox , mən istəmirəm
bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq .....
Niyə baxışların üşüdür məni ;
Qəlbin ki qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir ,
Nə nifrət yeni ;
Elə tərəddüd də köhnədir , yetər !...
Bəlkə də adıma çox söz deyirlər ,
İstəsən inanma ,
İstəsən inan ....
Ayıq ol ...
Adama çox söz deyərlər
Gör hansı doğrudur ,
Gör hansı yalan .
Yaxın gəl ,
Oduna gir bu ürəyin ,
Sevənlər payıza , qışa bürünməz .
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi bilinməz ...
Hərdən zəng edirsən ,...
Susursan niyə ?
Sənin sükutun da tanışdır mənə .
Bir də zəng edirsən hirslənim deyə ,
Dəstəyi çırpıram əsəblərmə ....
Bir dəstək gülüşlü ,
Biri əsəbi .
Başlayır telefon oynu sonra .
Bilirəm susmağın nədir səbəbi ;
Ox atıb gizlətmə yayını sonra ...
Mənə inanmırsan bir yuxu kimi ,
Qəlbində şübhələr , ehyamlar oyaq ,
Yox , mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq ,
Ölək bu sayaq .
Cəmi 2117 nəfər oxuyub
Bəyənən (570) | Bəyənməyən (335)
Dostlarınla Paylaş

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023