Bilirem çetindir | Şeirlər
Geniş Kitabxana
Bilirem çetindir
Nimdaş təsəllidir indi nə desəm,
Uzaq xatirəyə çatmayır əlin
Tütünə bükülmüş kağız kimisən,
Yanirsan,tüstün də acıdır sənin..
Qayğısız günlərdən sənə nə qaldı?
Yaxşını yamandan indi ayır sən..
Sənin yaşıdların uşaqlı oldu,
Hələ də özünü uşaq sayırsan..
Elə bağladın ki,könlünü o vaxt,
İndi pas tutubdur aça bilmirsən..
Uçulub gözəllik dediyin o taxt
İllərin əlindən qaça bilmirsən..
Səni gör bir hara aparır illər,
Geriyə qayıtmaq ümidsiz yoldu
Yaxın sirdaşların uçub getdilər,
Kiçik bacıların rəfiqən oldu..
Anan baxa bilmir evə-eşiyə
Yığılıb qalibdir cehizin sənin
Əhdinə vəfalı olmadın,niyə?
Barı bir ürəkdə olaydi yerin.
Daha kəsilibdir,o vaxtki zənglər
Bükülü xalçanı güvələr yeyir.
Büllur stəkanlar,
Büllur qədəhlər,
Kişi dodağına dəymək istəyir.
Nə sevgilin yoxdu,gözləyə səni
Nə məktub yazan,sən gözləyəsən..
Sevdalı günlər də qayıtmır geri,
Sıxıb ürəyinə əzizləyəsən..
Ömrü belə verib,
Bu yaşda,sində
Yalan xəyallara dalmaq çətindir..
Köhnəlmiş,qat kəsmiş cehiz içində
Əlləri qoynunda qalmaq çətindir
Cemi 899 nefer oxuyub
Beyenen (273) | Beyenmeyen (139)
Paylaş:
Şeirlər

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018