Getmisən

Getmisən


Oyanıb yuxudan gizlin,xəbərsiz
Kağıza “əlvida” yazıb getmisən
Səninlə yaşanan,o xoş günləri,
Bir şirin yuxu tək,yozub getmisən
Fələklər apardı nə yaman səni,
Küləkmi,əlimdən qoparan səni?
Deyirdin atmaram heç zaman səni
Bəlkə də yolunu,azıb getmisən
Qırılıb məhəbbət bağları,simi
Qanatdın,ürəkdən gələn sevgimi
Talehim bir vərəq,sən pozan kimi,
Talemdən xoşbəxtlik,pozub
getmisən
İçimdə həsrətdən qurulub səki,
Ölərdim,sən xoşbəxt olasan təki
Qəlbimin eşq yolu açılıbmı ki??
Bir özgə qəlbinə sızıb getmisən??
Ağlamaq olarmı,öncə gülmədən?
Məzara girərmi insan,ölmədən?
Bəlkə də heç özün duyub,bilmədən
Əlinlə,qəbrimi qazıb getmisən
Cəmi 2367 nəfər oxuyub
Bəyənən (718) | Bəyənməyən (361)
Dostlarınla Paylaş

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023