Toydan qabaq Tibbi Müayine | Evlilik Mərasimi
Geniş Kitabxana
Toydan qabaq Tibbi Müayine
Toydan qabaq görülen bütün işlerle yanaşı, hem xanımın,
hem de beyin müeyyen tibbi müayinesi heyatı ve
sağlamlığı baxımından çox vacibdir. Mehz bunu nezere
alaraq, size hansı növ müayinelerin olduğunu ve hekim
mesleheti ile hansından keçmek lazım olduğunu
bildireceyik. Bütün bu müayinelere sizi terapevt
yönlendirmelidir. Ona göre de terapevte müraciet
etmelisiniz.
Kişiler üçün nezerde tutulmuş müayineler aşağıdakılardır:
Talassemiya
Qan qrupu, rezus faktor
Cinsi elaqe ile keçen xestelikler QİÇS,(SPİD), hepatit B,C
(5%hallarda ), kandidoz (göbelek),xlamidioz, ureoplazmoz,
mikoplazmoz, herpes, sifilis, qonoreya, papilomavirus ve
s.
Spermoqramma
Genetik xestelikler (şizofreniya ve s
Qadınlar üçün müayineler:
Talassemiya
Qan qrupu, rezus faktor
Cinsi elaqe ile keçen xestelikler (yuxarıda qeyd olunanlar)
Toksoplazmoz, sitomeqalovirus ve s.
Ağciyerlerin ümumi rentgen müayinesi
Qadın cinsiyyet orqanlarının ultrases müayinesi
Genetik xestelikler
Yuxarıda gösterilen bezi xestelikler haqqında size
melumat vereceyik.
Talassemiya xesteliyi: genetik keçen bir xestelik olub,
valideynlerinden uşaqlara keçir. Valideynler ise ya özleri
xeste olurlar ya da daşıyıcı olurlar. Oğlanlar ve qızlar eyni
derecede xestelenirler. En çox yayılmış forması ise b
(betta) talassemiyadır.
Bu en çox cenubi ve denizkenarı ölkelerde yayılmışdır.
Sözün kökü de yunan sözü olan “thalassa” sözünden
götürülüb, “deniz” demekdir. Keçmiş SSSR erazisinde ise
en çox Azerbaycanda yayılmışdır.
Xestelik hemoqlobinin (qanın terkib hissesi) terkib hissesi
olan qlobinin tam ya hissevi çatmazlığı neticesinde
meydana çıxır.
Elametler ise xesteliyin derecesine göre deyişir. Hetta ele
xesteler var ki, onlar da ümumiyyetle xestelik heç bir
elametle özünü göstermir ve bu ötürülmüş genden asılıdır.
İlk elametleri ise uşağın birinci ilinin sonunda ve ikinci
ilinin evvelinde meydana çıxır. Deri ve selikli qişalar
saralmış olur ve boğunuq, torpaq rengine çalır. Uşaqlar
tez-tez xestelenirler ve inkişafdan geri qalırlar. Qarın ise qaraciyer
ve dalağın böyümesi hesabına böyüye biler. Bezen ise öd
daşı xesteliyi qoşulur. Sidiyin rengi qırmızı-qehveyi renge
çalır. Sümüklerde ise xüsusile, kelle sümüyünde mehz
talassemiyaya mexsus deyişiklikler baş vere biler, o
cümleden, patoloji (travma yox, xestelik neticesinde)
sınıqlar da baş vere biler.
Müalicesi ise qan köçürülmesi, dalağın apmutasiyası
(çıxardılması) ve sümük iliyinin köçürülmesi vasitesile
aparılır.
Toksoplazmoz: bu xestelikle dünyada yoluxanların sayı
1milyarddan artıqdır.
Toksoplazmoz heyvan xesteliyi kimi 80 il, insan xesteliyi
kimi 50 ilden artıq tanınır. Bu zoonoz infeksiya kimi 3
yolla yoluxur: et memulatları, bitki, betndaxili. Bu xestelik
en çox yaxşı bişirilmemiş et ve et mehsullarından istifade
eden insanlarda rast gelinir.
Qan qrupu ve rezus faktor: ilk növbede nezere alın ki, qan
qrupu ve rezus faktorun yoxlanması vacibdir (bezi
insanlar hetta şexsiyyet vesiqesinde qan qrupu ve rezus
faktor olduğu halda buna diqqet yetirmirler).
Rezus faktor qanda olan xüsusi antigendir (aqllütinogen).
İlk defe 1940-cı ilde makak meymunlarının qanında
xüsusi antigen şeklinde tapılıb, nesilden nesile ötürülür.
Yer üzerinde ehalinin 80% de rezus müsbetdir (Rhpozitiv).
Bezi insanlar rezus menfi dedikde qorxulu bir xestelik
başa düşürler. Eslinde ise qanın rezus menfi olması
qanköçürmede ve hamilelik zamanı xüsusiyyet ehemiyyet
kesb edir, hemçinin yeni doğulmuşlarda ise ana ile uşaq
arasında qan qrupu, rezus uyğunsuzluğu neticesinde
hemolitik xestelik meydana çıxmasına ya da, ümumiyyetle
hamileliyin düşükle neticelenmesine sebeb ola bilir.
Bu faktor da irsi ötürülür. Mayalanma zamanı
spermatozoidle yumurta hüceyrenin birleşmesi baş verir.
Her bir hüceyre ise özünde hemin neslin genlerini daşıyır.
Ve bu genler vasitesile gözün rengi, qulaqların forması,
diger elametler o cümleden, rezus faktor ve qan qrupu
ötürülür.
Rezus amilinin sonsuzluğun etiologiyasında ve qanköçürmede böyük ehemiyyeti var. Rezus amili menfi
olan hamile qadınla onun betnindeki rezus müsbet döl
arasında hamileliyin 7-8 heftesinden başlayaraq rezus
konflikt baş verir. Yeni ananın qanında döldeki rezus
amiline qarşı rezus – antiteller emele gelir. Bele
qazanılmış immunizasiya hamile qadınların 0.8% de
tesadüf etseler de onların 28-35% de uşaqsalma olur.
Yerde qalan hamileler içerisinde ise ölü doğuma halları
artır. Antitellerin zeif titri olduqda uşaq diri doğulsa da
ona hemolitik xestelik inkişaf edir.
İster qanköçürme, isterse de hamilelik zamanı baş veren
immunizasiya hallarında rezus antitellerin emele
gelmesinde insan orqanizmin reaktivliyinin ,allergik
veziyyetin olub-olmamasından, rezus amilin daxil olma
sayının ,antigenin tekrar daxili olmalarında intervalın ve
diger amillerin böyük ehemiyyeti var.
Editor: Bütün aile qurmağa hazırlanan genclerimizin
mütleq hekim müayinesinden keçmesinin vacibliyini
vurğulayır, sağlam heyat arzulayırıq.
Cemi 8471 nefer oxuyub
Beyenen (3005) | Beyenmeyen (669)
Paylaş:
Evlilik Mərasimi

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018