Toydan evvel diyetin ehemiyyeti | Evlilik Mərasimi
Geniş Kitabxana
Toydan evvel diyetin ehemiyyeti
Bu çox vacibdir, çünki toy insan heyatında en vacib
hadiselerden biridir. Her bir insanın arzusudur ki, o günde
gözel görünsün. Bunun üçün ilk növbede eger artıq
kilolarınız varsa onlardan azad olmalısınız. Buna göre de
siz idmanla meşğul olmalı, seher qaçmalı ya gezmeli ve
yanaşı düzgün şekilde planlanmış diyet saxlamalısız.
Hemçinin nezere alın ki, toy paltarını kilolarınızı atdıqdan
sonra almalısınız. Eks teqdirde bu size ölçülerde problem
yarada biler. Amma eger toy paltarını tikdirirsinizse
itirdiyiniz her çekini derzinize bildirmelisiz.
Eger diyetoloqsuz arıqlamaq fikriniz varsa, özünüz üçün
heftelik diyet proqramı hazırlayın. Müxtelif diyetler var,
amma her bir diyet zamanı bunları nezere almalısız ki,
karbohidrat, zülal, yağ terkibli qidaları birlikde qebul
etmemelisiz. Meselen, sade bir misal, kartofu, makaronu
çörekle birlikde qebul etmek en böyük sehvlerden biridir.
Çünki her ikisi karbohidratdır. Hem qidanın terkibine, hem
de miqdarına diqqet yetirin. Süfreden doymadan durun,
çünki beyine doyma siqnalı 20-30 deqiqe erzinde çatır.
Qurduğunuz düzgün diyet size 15-20 gün erzinde normal
çekiye qayıtmağınıza kömek edecek.
Yuxarıdakılardan elave olaraq, massaj ve yoqanın da
toydan qabaq çox böyük ehemiyyeti olduğunu nezerinize
çatdırmaq isteyirik.
Unutmayın ki, diyet zamanı bezi insanlar stresse düşe
bilerler ve buna göre de arıqlamaq evezine eksine kökele
bilerler, esas daxili sakitlikdir, eger esebleriniz sakit
deyilse, bütün diyetlere, diger qulluq qaydalarına
baxmayaraq siz en vacib gününüzde gözel görüne
bilmeyeceksiniz.
Ümumiyyetle ise kilonuzun artıq olub-olmadığın deqiq
bilmek üçün beden indeksinizi bilmelisiniz. Bunun üçün
saytımızda “Piylenme” adlı meqalemizi oxuyaraq öz
indeksinizi hesablaya bilersiniz.
Eger diyet saxlaya bilmeyeceyinizi düşünürsünüzse, onda
heç olmasa bunları nezere almalısız. Meselen, un ve un
memulatları, müxtelif biskvit, şirniyyat, çipsi, konfet, et
mehsulları (sosiska ve kolbasa) ve qızardılmış yemekleri rasionunuzdan çıxardın. Üstünlüyü ise
aşağıdakı şekilde hazırlanmış qidalara vermelisiniz:
Soyutma şeklinde (et, kartof ve s , maye yağla
bişirilmiş yemeklere üstünlük vermelisiz. Duzu azaltmağı
ise unutmayın.
Meyve, terevezden bol istifade olunmalıdır, xüsusile de
sitrus. Qeyd etmek lazımdır ki, adi qreypfrut artıq kiloları
atmağa çox kömek edir (günde bir eded bu meyveden
yemekle, ya onun şiresini içmekle).
Qara çay evezine yaşıl çay (adi, ya jasminli, naneli) için.
Bu çay hem arıqlamağa kömek edir, hem de bedendeki
zererli maddelerin süretle çıxarılmasına sebeb olur. Suyu
çox için, hamımız bilirik ki, su sağlamlıqdır, o cümleden
onun vasitesile deriniz daha yaxşı ve elastik görünecek,
unutmayın ki, su bedenimizin 70% teşkil edir. Yemeksiz
qalmaq olar amma susuz yox…
Hamınıza elametdar günlerde en gözel görünmeyi
arzulayırıq.
Cemi 1323 nefer oxuyub
Beyen(461) | Beyenme(151)
Paylaş:
Evlilik Mərasimi

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018