Ne olar Allahım ayırma bizi

Ne olar Allahım ayırma bizi


Bu ömür yolunda üz-üzə gəldik,
Zülmət bir gecədən gündüzə
gəldik,
Deyəsən, axırda biz gözə gəldik,
Nə olar, Allahım, ayırma bizi.
Sənin əlindədir taleyin hökmü,
Nə oldu, bu sevgi bir ağır
yükmü?
Ayrılıq deyilən səndən böyükmü?
Nə olar, Allahım, ayırma bizi.
Sonradan qovuşan iki yoluq biz,
Sevgiylə başlayan iki sonuq biz,
Haqqına tapınan iki quluq biz,
Nə olar, Allahım, ayırma bizi.
Duymadıq sevginin şirin dadını,
Vurma qəlbimizə hicran odunu,
Eşit sevənlərin qəm fəryadını:
Nə olar, Allahım, ayırma bizi.
Bu biz, bu məhəbbət, bu alın
yazı.
Yoxsa bu yazıya əgər bir pozu.
Ayırmaq istəsən al canımızı,
Nə olar, Allahım, ayırma bizi...
Cəmi 2398 nəfər oxuyub
Bəyənən (655) | Bəyənməyən (396)
Dostlarınla Paylaş

Saytda 43 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023