Toylardakı musiqiler | Evlilik Mərasimi
Geniş Kitabxana
Toylardakı musiqiler
Her bir insanın arzusudur sevdiyi insana qovuşub gözel
aile heyatı qurmaq.. Xeyallardakı nigah ve toy meclislerini
heyata keçirmek.
Müselman olduğumuz üçün dövlet qeydiyyatından
keçirilen nigahla yanaşı din xadiminin (mollanın) oxuduğu
dini kebin bağlamaq da qedimden beri adet halını
almışdır. Amma yazımın esas mövzusu elbette ki,
restoranda keçirilen ve ne olduğuna ad verilmekde çetinlik
çekilen toy merasimidir. Toylarımızı evveller tamada idare
ederken hal hazırda daha çox müğenniler idare edir. Heç
düşündünüzmü illerdir xeyalını qurduğunuz toy
meclisinizde nece musiqi seslenmeli? Toyunuza gelen
qonaqların mahnı sifariş vermeleri ne derecede
düzgündür? Azerbaycan toylarında xarici musiqilerin
seslenme meselesi ne derecede doğrudur? Ya da hansı
mahnı növleri arasından seçim etmeli? Bir zamanlar
muğamlar seslenirdi, şerler oxunurdu, heç bir milletde
olmayan bir tek bize mexsus olan “ürek sözü” adı altında
gözel tebrikler seslenirdi.. Bes indi?… Hansı sıxlıqda
keçirilir bele toylar? Bir de toy edecek genclere
soruşmalı.. Siz ne arzu edirsiniz?
Gencler reqs derslerine gederken hansı mahnıları seçmeli?
Milli mentalitet bu vacib günde ne derecede ehemiyyetli
sayılmalı ya da hal hazırda sayılırmı?
İki genc aile qurmadan evvel, elçilik, nişan, nigah
merasimi, toy meclisi, ev, cehiz, kimi şeyleri yaxınları ile
birlikde inceliklerine qeder düşünmeye çalışırlar. Kim ister
ki, toyunda iştirak eden qonaqlar toydan şikayet
etsinler?.. Her kes ömründe bir defe olmasını arzuladığı
bu gözel hadisenin daima xoş xatirelerde yaşamasının
terefdarıdır.
Gencler aile heyatına qedem qoyarken, büdcelerine uyğun
olan restoranda en yaxşı toy meclisini keçirmek isteyirler.
Qonaqlara en leziz taamlar teqdim edilir . Bes musiqi
nece?
Hamımıza melumdur ki, efsuslar olsun artıq bir çox
toylarda seslenen musiqiler hedden artıq derecede yorucu
ve çox zövqsüz seçimlerdir. Azerbaycan adet-enenesine
uyğun musiqimiz artıq nadir hallarda seslenilir. Gelini
vağzalı reqsi ile ata evinden çıxarırlar. Toy olmur ki, vağzalı eşidilmesin. Bezen
düşünürem ki, ne yaxşı heç deyilse bu adet halını alıb..
Son derece cazibeli, olduqca lirik, qeşeng bir musiqidir.
Hal hazırdakı restoran ve şadlıq evlerinin gurultulu ve
insanı stresse salan ses sistemleri ne zaman düzelecek?
Ele ki, toy merasimi başlandı bir mahnı ifa eden (müğenni
demeye dilim gelmedi) son derece menasız, gülünc sözleri
olan çox ecaib, özünün düzüb qoşduğu mahnıları
oxumağa (daha doğrusu işgence vermeye) başlayır. Bu
mahnılar getdikce hem ev sahibinin hem de gelen
qonaqların kabusuna çevrilir. Odur ki, size tövsiyyemiz
toyunuzda iştirak edecek müğennileri ve oxunacaq
mahnıları evvelceden devet etdiyiniz qonaqları da nezere
alaraq teyin edin.
Qaldı ki, toyda mahnı sifariş verilme ve söz söylenme
meselesine, bu toyda iştirak eden musiqiçilerin en çox
sevdiyi şeylerden biridir. Ancaq unutmayın ki, birilerinin
danışdığı heç kim terefinden eşidilmeyen bir toyunuzun
olmasından, heç kese söz vermemek daha yaxşıdır.
Ayrıca sifariş verdiyiniz musiqi ev sahibinin diger
qonaqları narahat ede biler. Toyun musiqi repertuarını ele
tutun ki, iştirak eden her bir kes özüne xas olan çalarları
hiss edib bundan zövq alsın.
Elave bir faktı da qarışıqlıq dolu olan yazımda xatırlatmaq
isteyirem. Toylarımız da müasirleşmeye başlayıb.. Özünü
müasir adlan tebeqeler artıq xarici musiqilere üstünlük
verirler. Evveller ise toylarımızda “İnnabı”, “Qaytağı”,
“Qoçeli”, “Qıtqılda”, “Gülmeyi”, “Mücesseme”, “Mirzeyi”,
“Naznazı”, “Heyratı”, “Heyvagülü”,”Mirvari”, “Papaq”,
“Süleymani” kimi reqslerimiz seslenirdi. Bu reqslerin
hamısının özünemexsus ritmleri Azerbaycan medeniyyetini
eks etdiren musiqi quruluşları vardır. Elbette biz
müasirleşmenin önünde dura bilmerik . Bir şeyi de
unutmayaq ki, toylarımızda xarici mahnıların ifa edilmesi
müasirleşmek deyil. Bunlarla yanaşı gelin öz
medeniyyetimizi de unutmayaq!
Gelek bey ve gelinlerimizin toyda reqs etme meselesine:
Beyler, gelinle birlikde sizi oyuna devet ederken, çalınan mahnının birlikde oynamanıza mane olub
olmayacağını düşünün. Gelinlerin seçdikleri qiyafete göre
reqs ederken çetinlik çeke bileceyini mütleq nezerinizde
saxlayın. Ele qiyafet seçin ki, en xoşbext günleri kiçik bir
qeza ile kabusa çevirmeyesiniz.
Hörmetli sayt oxucuları, leziz taamları, seviyyeli musiqisi
olan bir toyda yoxsa, getmeyinize peşman olduğunuz bir
toydamı iştirak etmek isteyerdiniz? Cavabınızın müsbet
olan istiqametde olduğunu hiss edirem.
Ele ise bu yaxınlarda toy etmek fikrindesinizse musiqi
seçiminize xüsusi diqqet yetirin ki, en xoşbext gününüzde
sizin yanınızda olan ezizleriniz toyunuzdan razı qalsınlar.
Cemi 1812 nefer oxuyub
Beyen(543) | Beyenme(164)
Paylaş:
Evlilik Mərasimi

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Whatsapp+, Instagram+, Youtube+, mahni indir, pulsuz oyunlar, lazimli programlar, android dunyasi, pulsuz yuklemeler, romantik sekiller, qizlarin sirri, qadin dunyasi

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018