Uşaqlıq xatirem | Hekayələr
Geniş Kitabxana
Uşaqlıq xatirem
Hər şey o gündən sonra başladı, güzgüdə gördüyüm o
üzdən sonra. Çox qorxunc idi, hələ də bəzi qüsurlar
qalıb... Bir neçə il əvvəl mənim 12 yaşım olardı. Evimiz
çox kiçik idi, amma tezliklə o evdən köçəcəkdik. Balaca
olduğum üçün həmişə anamın çantasına girib əşyalarını
qarışdıraradım.Sonra isə saatlarla güzgünün qarşısından
ayrılmazdım, anam neçə dəfə xəbərdarlıq esə də fikir
vermirdim. Əşyalarını qarışdırdığım üçün yadıma gəlir
anam üstümə acıqlanmışdı. Amma 12 yaşında balaca bir
qız uşağı üçün bu çox əyləncəli idi. Yaxınlarda anamın ad
günü idi. Atamla restoranların birində qeyd edəcəkdilər. O
günü məni evdə tək qoyub getdilər, amma qonşumuza
demişdilər bizə gəlməsi üçün. Qonşumuz məndən böyük
idi. Hər zaman evdə tək qalanda o bizə gələrdi. Saat
axşam 11 olardı. Mənə -qonşu tezliklə gələcək- deyib
qapını bağlayıb getdilər, mən də kilitlədim qapını. Bir az
gözlədim amma heç kəs gəlmədi, yəqin işi çıxıb deyə
fikirləşdim, birazdan gələr. Evdə tək qaldığım üçün
doğrusu biraz qorxdum. Həmişə səs-küy olan ev bu gün
bomboş idi. Başımı qatmaq üçün yenə anamın çantasını
götürüb güzgünün qarşısına keçdim. Anam mənə
dəfələrlə gecə vaxtı güzgüyə baxmamamı desə də
əhəmiyyət vermirdim. Lakın bu gecə başıma gələnlər bir
də heç vaxt yadımdan çıxmayacaqdı. Nə isə yataq
otağındakı güzgünün qarşısına keçib üz-gözümü
bəzəməyə başladım. Heç üstündən 10 dəqiqə
keçməmişdi ki, qapı döyüldü, elə bildim qonşumuzdu.
Qaçaraq qapını açdım, heç kim yox idi. Çox
təəccübləndim, qapının zənginin səsini eşitdiyimə əmin
idim amma. Qapını bağlayıb əyləncəmə davam etdim.
Çox əylənirdim, ta ki... Saat artıq gecə yarısı olmuşdu, nə
qonşumuz var idi, nə də valideynlərim. Artıq öz-özümə
qorxmağa başlamışdım. İşıqların birdən sönməsi məni
daha da vahimələndirdi.Bir az otaqda gözlədim yanar indi
deyə. Amma olmadı, mətbəxə keçib şamı yandırdım.
Mətbəxdə olarkən otaqdan qəribə səslər eşitdim, amma
səslər çox zəif olduğu üçün fikir vermədim. Şamı yandırıb
otağa qayıdırdım. Qapının yanına çatıb açanda elə bil şamı kimsə üfürüb söndürdü. Çaşıb qaldım, biraz da
qorxdum doğrusu. Şamı güzgünün yanına qoyub mətbəxə
kibrit dalınca yenidən getdim. Kİbriti götürüb yataq
otağına çatmışdım ki, şüşə qırılması səsi eşitdim, artıq
öz- özümə vahimələnməyə başladım. Güzgünün
qabağına çatanda kibriti yandırıb şama tutdum. Otaq az
da olsa işıqlandı. Başımı qaldıranda güzgünün iki yerə
ayrıldığını gördüm. Az qala dəli olacaqdım. Üzümü iki
yerə bölünmüşdü güzgüdə. Güzgüdən baxanda arxamda
qaranlıq bir kölgə dayanmışdı. Qorxumdan qışqırmağa
başladım. Arxama çevriləndə üzünü gördüm onun. Çox
qorxunc idi. Əlim şama dəydi, yerə düşüb söndü, hər tərəf
qapqaranlıq oldu. Otağın bir küncünə keçib ağlamağa
başladım. Amma qaranlıqda qıpqırmızı gözləri olan bir
üzün mənə tərəf gəlməsini görəndə ağlımı qaçırdım,
deyəsən gözləri idi, qaranlıq olduğu üçün özü
görsənmirdi. Qorxumdan bütün bədənim tutuldu, dilim
qurudu, sanki otaq başıma fırlandı, gözümün qabağı
qaraldı... Daha sonrası yadıma gəlmir. Gözümü açanda
xəstəxanada idim. Atam anam başımın üstündə. Nə
qədər çalışsam da danışa bilmirdim. Sadəcə baxdım və
yenə özümdən getdim. Deyəsən 3 gün idi gözümü
açmamışdım. Aylarla müalicə aldım. Onlar da çox
peşman olmuşdular evdə məni tək qoyduğuma görə.
Psixioloji müalicə alsamda dilim açılmamışdı, artıq
gecələr hər şeydən diksinməyə başlamışdım öz-özümə.
Cemi 951 nefer oxuyub
Beyenen (323) | Beyenmeyen (76)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Xidmətlər, Wap FTP, , Wap+Web Skaner, Domen Yoxla, Qrab Yarat, Kodlaşdırma, Rəng Kodları, Saytın şəklini cek, Telefon modelini dəyiş, Smayl duzəlt, Icon duzəlt, Button duzəlt, Unvanı qısalt, Sistem Yuklemeleri, Naviqasiyalar - Xerite, MultiMedia Yuklemeleri, Derslikler, Maraqlı Yuklemeler, Tehlukesizlik, Movzular - Tema, Alış-Veriş

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018